Azad edilən torpaqlarımızda, o cümlədən Ağdamda çox gözəl bir həyat başlayacaq - Ağdamlı deputat
27 sentyabrda başlanan və 44 gün davam edən əks-hücum nəticəsində Azərbaycan ordusu işğal altında olan torpaqlarımızın böyük bir hissəsini azad etdi və düşmənə çox ağır zərbələr vurmaqla Ermənistanı təslim olmağa məcbur etdi. İmzalanan üçtərəfli bəyanata görə Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər, Laçın və Ağdam rayonları da heç bir döyüş əməliyyatı olmadan Azərbaycana təhvil veriləcək və bununla da Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa ediləcək.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin Ağdamdan olan deputatı Bəxtiyar Əliyev deyib.
Deputat bildirib ki, 1150 kvadrat km. ərazisi olan Ağdam çox böyük strateji əhəmiyyətə malikdir: "Ağdam Azərbaycanda ən böyük rayonlardan biridir. Ağdamın 200 mindən artıq əhalisi var və bu insanların böyük bir hissəsi məcburi köçkün həyatı yaşayır. Artıq Azərbaycanda bir nəfər də olsun məcburi köçkün qalmayacaq. Cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir ki, 30 il işğal altında qalmış torpaqlarımız azad olunur. Nəhayət ki, öz doğma torpaqlarımızda şəhərlər, qəsəbələr, kəndlər yenidən tikiləcək və insanlar yeni quruculuq həyatına başlayacaq.
Hər bir ağdamlı bütün xalqımız kimi buna sevinir və dövlət başçısına öz dərin minnətdarlığını bildirir. Biz çox şadıq ki, bu gün müzəffər Azərbycan ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında böyük bir tarixi qələbəyə imza atdı və Azərbaycan torpaqlarını işğaldan birdəfəlik azad etdi və bütün dünyaya göstərdi ki, həm Azərbaycan dövləti, Azərbaycan ordusu güclüdür, həm Azərbaycan xalqı bir yumruq kimi öz liderinin, Prezidentinin ətrafında sıx birləşib. Bu birlik bundan sonra da yeni uğurlara imza atmağa çox geniş imkanlar yaradacaq. Biz əminik ki, işğaldan azad edilən doğma torpaqlarımızda, o cümlədən Ağdamda çox gözəl bir həyat başlayacaq və Azərbaycan dünyada yerini daha da möhkəmləndirəcək".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
XƏBƏR LENTİ
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq
-
Aslı Enver Türkiyəni tərk edir
-
Qaradağın yeni icra başçısının dosyesi
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb
-
Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib
-
37 yaşlı icra başçısı Məmmədiyə Məmmədovun dosyesi





