"Prezidentin işğaldan azad olunmuş ərazilərə səfəri tarixi əhəmiyyət daşıyır" - Deputat
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Cəbrayıl və Füzuli rayonlarına səfəri bir çox aspektlərdən xüsusi önəm daşıyırdı.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva həm Cəbrayıl rayon mərkəzini, həm də Xudafərin körpüsünü ziyarət etdilər: "Səfər tarixi əhəmiyyəti, riskli olmağı ilə yanaşı dünya birliyinə, Azərbaycan cəmiyyətinə bir sıra mühüm mesajları özündə ehtiva edirdi: "Azərbaycan heç zaman işğalla barışmayacaq, bütün torpaqlarını azad edəcək, öz tarixi torpaqlarına sahib çıxacaq, yenidən bu yerlərdə həyat bərpa olunacaq".
Rayon mərkəzində olarkən Prezident İlham Əliyev ermənilərin vəhşiliklərinə toxunaraq onların bütün şəhəri dağıtdıqlarını, viran qoyduqlarını, beynəlxalq ictimaiyyətin bu məsələyə laqeyd yanaşmasını xüsusi qeyd etdi. Bütün işğal edilmiş ərazilərimizdə o cümlədən, Kəlbəcərdə son günlərdə törətdiklərinə görə ermənilərin cavab verəcəklərini, bu məqsədlə xarici ekspertlərin Azərbaycana dəvət ediləcəyini, qiymətləndirmənin həyata keçiriləcəyini, təzminatın tələbə olunacağını xüsusi vurğuladı".
C.Məmmədov deyib ki, Xudafərini ziyarət etməyin özü də ayrılıqda bir sıra mühüm mesajlar daşıyırdı:
"Azərbaycanın milli-mənəvi dəyərlərinə hər zaman sadiq qalacağını, mədəniyyət abidələrinə sahib çıxacağını və onları qoruyacağını ifadə edirdi. Məlum olduğu kimi, Xudafərin körpülərinin Azərbaycan tarixində, xalqımızın ürəyində özünə məxsus yeri və rolu var.
Bu səfər eyni zamanda, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daima xalqla yumruq kimi birliyinin, Azərbaycanın milli-mənəvi dəyərlərinə, mədəniyyət abidələrinə xüsusi önəm vermələrinin göstəricisidir. Bu gün Azərbaycanda xalq-iqtidar birliyi ən yüksək səviyyədədir. Bu uğura Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident İlham Əliyevin uğurla və böyük uzaqgörənliklə davam etdirdiyi siyasət nəticəsində nail olunub".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
-
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
-
Azərbaycan Cənubi Qafqazın yeni arxitekturasında - "Anadolu" agentliyində Mixail Qusmanın məqaləsi yayımlandı
XƏBƏR LENTİ
-
“Ayaqlarım mənim əvəzimə daha yaxşı danışır” - Mbappe
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir





