Siyasət

Türk əsgərlərinin Qarabağa göndərilməsinə dair sənəd Parlamentə təqdim edildi

16 Noyabr 2020 12:38
Baxış: 3 661

Türkiyənin Azərbaycana ordu göndərilməsi barədə qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.

Trend bu barədə Türkiyə KİV-lərinə istinadən məlumat verir. Memoranduma əsasən, Türkiyə Silahlı Qüvvələrinin ortaq müşahidə mərkəzində 1 il müddətinə xidmət etməsi nəzərdə tutulur.

Hazırda qanunun müzakirələri aparılır.

Sənədin mətnində deyilir: "Azərbaycanın müəyyənləşdirəcəyi yerdə Türkiyənin Rusiya ilə birlikdə quracağı Birgə Monitorinq Mərkəzi və bu Mərkəzin fəaliyyəti üçün hərbi və zərurət təqdirində mülki personalın xidməti xərclərinin qarşılanması, 2010-cu ildə Türkiyə ilə Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq və qarşılıqlı yardım barədə Sazişə, eləcə də Türkiyənin milli maraqlarına uyğundur".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.