Siyasət

Düşmənin növbəti hərbi kolonu məhv edilib

7 Noyabr 2020 22:08
Baxış: 3 238

Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 37-ci atıcı diviziyasının4-cü motoatıcı alayının növbəti hərbi kolonu məhv edilib.

Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən Milli.Az-a məlumat verilib.

Ağdamdan Xankəndi istiqamətində hərəkət edən 3 "KamAZ", 2 "Ural" və 2 PDM-dən ibarət hərbi kolonun atəşə tutulması nəticəsində düşmənin çoxlu sayda hərbi qulluqçusu məhv edilib. Bundan əlavə, düşmənin 30 nəfərədək hərbi qulluqçusu yaralanıb və kolonda olan hərbi texnika yanıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.