Azərbaycan çoxmədəniyyətli cəmiyyətdir və ermənilər ölkəmizin digər bölgələrində problemsiz yaşayırlar.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə özünü "Twitter" səhifəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yazıb.
H.Hacıyev bildirib: "Barışıq asan olmayacaq və çox səy tələb edəcək. Ancaq biz Qarabağa investisiya və yumşaq gücümüzü gətirməyə hazırıq. Azərbaycan çoxmədəniyyətli cəmiyyətdir və ermənilər ölkəmizin digər bölgələrində problemsiz yaşayırlar".
Milli.Az