Azərbaycan çoxmədəniyyətli cəmiyyətdir və ermənilər ölkəmizin digər bölgələrində problemsiz yaşayırlar - Hikmət Hacıyev

4 Noyabr 2020 07:14

Azərbaycan çoxmədəniyyətli cəmiyyətdir və ermənilər ölkəmizin digər bölgələrində problemsiz yaşayırlar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə özünü "Twitter" səhifəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yazıb.

H.Hacıyev bildirib: "Barışıq asan olmayacaq və çox səy tələb edəcək. Ancaq biz Qarabağa investisiya və yumşaq gücümüzü gətirməyə hazırıq. Azərbaycan çoxmədəniyyətli cəmiyyətdir və ermənilər ölkəmizin digər bölgələrində problemsiz yaşayırlar".

Milli.Az