Siyasət

"Qələbə Azərbaycanın olacaq, biz öz ərazilərimizi qaytaracağıq" - Rus icmasının sədri - FOTO

31 Oktyabr 2020 15:43
Baxış: 1 456

Qələbə Azərbaycanın olacaq, biz öz ərazilərimizi qaytaracağıq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı, Azərbaycan Rus icmasının sədri Mixail Zabelin "Qarabağ Azərbaycandır!" şüarı ilə keçirilən avtoyürüş zamanı deyib.

O bildirib ki, son illər ərzində Azərbaycan rəhbərliyi yüksək səviyyədə müxtəlif dövlətlərin rəhbərləri ilə görüşlər keçirib, ölkədə humanitar və regionlararası forumlar keçirilib və bütün bunlar Azərbaycanın münaqişə ilə bağlı mövqeyinin aydınlaşdırılmasına böyük töhfə verib. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq əsasında həllini tələb edir:

"İndi bizim Silahlı Qüvvələrimiz Azərbaycanın işğal olunmuş ərazilərini azad edir, biz tezliklə ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik, qaçqın və məcburi köçkünlər öz evlərinə qayıdacaqlar".

M.Zabelin əlavə edib ki, Azərbaycan, Türkiyə və Rusiya müharibədən sonrakı dövrdə regionda siyasi və iqtisadi sabitliyin təmin olunmasında vacib rol oynayacaq:

"Prezidentimiz dəfələrlə qeyd edib ki, ölkəmiz özünü təmin edə bilən ölkədir və ordumuz texniki və peşəkar baxımdan əla təchiz olunub. Birinci Qarabağ müharibəsində həlak olmuş 6 Milli Qəhrəmanımız rus əsillidir. Rus millətindən olan vətədndaşlar bu gün azərbaycanlılarla çiyin-çiyinə ərazilərin müdafiəsinə qalxıb. Qələbə Azərbaycanın olacaq və biz öz ərazilərimizi qaytaracağıq".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.