"Ermənistan hərbi əməliyyatlara KTMT-ni cəlb etməyə çalışır"
Azərbaycanı Ermənistan ərazilərinə cavab zərbəsi endirməyə məcbur etməklə Ermənistan həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTMT) Təşkilatını regionda hərbi əməliyyatlara cəlb etməyə çalışır, diqqəti işğal etdiyi Dağlıq Qarabağ və ətraf rayonlardan digər istiqamətlərə yönəltmək kimi məkrli və işğalçı bir məqsəd güdür.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı Avropa İttifaqının "MODERNDİPLOMACY.EU" saytında yayımladığı məqaləsində yazıb.
"Ermənistan: yalanlar və gerçəklər" adlanan məqalədə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsi, qəbul edilmiş BMT qətnamələri və ATƏT-in Minsk qrupunun fəaliyyəti haqqında məlumat verilir. Ermənistanın sülh danışıqlarında pozucu fəaliyyəti, 2020-ci ilin iyul ayında Ermənistanın münaqişə zonasından xeyli uzaqda yerləşən Tovuz rayonu istiqamətində hücumlardan bəhs edən müəllif qeyd edir ki, Ermənistan bununla Avropanın enerji və nəqliyyat təhlükəsizliyində əhəmiyyətli yer tutan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Bakı-Tbilisi dəmiryolu xəttinin fəaliyyətini iflic etmək, TANAP və TAP layihələrinin icrasında problemlər yaratmaq, beləliklə də Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rola zərbə vurmaq məqsədi güdüb.
Məqalədə Ermənistanın yalanları təkzibedilməz fakt və materiallarla ifşa edilir. Vurğulanır ki, Azərbaycanın öz ərazilərini işğaldan azad etmək uğrunda apardığı müharibəni dünya ictimaiyyətinə dini müharibə kimi təqdim etməklə Ermənistan rəhbərliyi Avropa ictimaiyyətini aldadır. Müəllif konkret faktlarla göstərir ki, Azərbaycanda bütün dinlərin nümayəndələri, məscidlər, kilsələr və sneqoqlar yanaşı fəaliyyət göstərirlər. Azərbaycan ordusunun cərgələrində ruslar, ukraynlar, gürcülər və yəhudilər azərbaycanlılarla çiyin-çiyinə Vətən torpaqlarının işğalçılardan azad edilməsi uğrunda döyüşürlər. Kilsələrdə və sneqoqlarda Azərbaycan ordusunun qələbəsi üçün dualar edilir. Roma Papası Fransisin Bakıya səfəri zamanı Azərbaycanda tolerant dəyərlərlə bağlı səsləndirdiyi fikirləri xatırladan müəllif qeyd edir ki, bunun sübutu Azərbaycan Respublikasında 30 min erməninin dinc şəraitdə yaşaması, Bakının mərkəzində erməni kilsəsinin qorunub saxlanılmasıdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bu ölkənin prezidenti 120 il yaşamaq istəyir
-
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
-
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
XƏBƏR LENTİ
-
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)
-
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
-
Danla Bilic yenidən əməliyyat olundu - (Foto)
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
-
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
-
“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi - Yenilənib - (Video)
-
Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı





