Siyasət

İran Bərdəyə hücumu kəskin şəkildə pislədi

28 Oktyabr 2020 17:19
Baxış: 1 019

İran İslam Respublikasının Azərbaycandakı Səfirliyi Ermənistanın Azərbaycanın Bərdə şəhərinə etdiyi raket hücumunu, nəticədə bir çox mülki vətəndaşın həlak olması və yaralanmasını kəskin şəkildə pisləyir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, İran səfirliyi həlak olanların ailələrinin dərdinə şərik çıxır və yaralılara şəfa diləyir.

Səfirlik bildirir ki, beynəlxalq hüquq normalarına əsasən, şəhərlərə və günahsız insanlara hücum etmək hərbi cinayətidir və dərhal dayandırılmalıdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.