Siyasət

Politoloq: "Sarkisyan faktiki olaraq özü tələyə düşdü"

23 Aprel 2010 20:58
Baxış: 212
Azərbaycanlı politoloq Rasim Musabəyov belə hesab edir.

"Türkiyə-Ermənistan yaxınlaşması prosesi Azərbaycan-Türkiyə strateji tərəfdaşlığına zərər vurmaq niyyətini güdürdü", - Musabəyov Trend-ə bildirib.

Ermənistan Prezidenti Serj Sarkisyan öz fərmanı ilə ölkə parlamentində Ermənistan-Türkiyə protokollarının ratifikasiyası prosedurunu dayandırıb. Bu barədə cümə axşamı dövlət başçısının mətbuat xidməti məlumat yayıb. "Novosti-Armeniya" yazır.

Musabəyovun sözlərinə görə, Ermənistan iki qardaş ölkənin münasibətlərini korlaya bilmədi. "Onlar əmin olanda ki, buna inanmağa dəyməz və Türkiyə Vaşinqtondakı görüşlərdən sonra Dağlıq Qarabağ münaqişəsi nizamlanmadan protokolların ratifikasiya olunmayacağı, sərhədlərin açılmayacağı barədə və mövqeyindən geri çəkilməyəcini bildirdikdən sonra Serj Sarkisyan faktiki olaraq özü tələyə düşdü. Onu diasporda və Yerevanda hamı günahlandırdı ki, protokollar Obama administrasiyasına "erməni soyqırımı"nı tanımaqdan imtina etməyə bəhanə verdi", - politoloq bildirib.

/Trend/

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.