İqor Korotçenko: Azərbaycan ordusu yaxşı təchiz olunub, o - layiqli rəqib və regionda ən yaxşı ordudur
Cəbhədə vəziyyət, ən azı indiki vaxtda, Azərbaycanın xeyrinədir. Bu, onu göstərir ki, Bakının orduya, müdafiəyə çəkdiyi xərclər əbəs deyildi.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Pravda.ru" nəşrinə hərbi ekspert, "Nasionalnaya oborona" jurnalının baş redaktoru İqor Korotçenko söhbət açıb.
O, birinci Qarabağ müharibəsindən danışaraq xatırladıb ki, o vaxt Azərbaycanda hakimiyyətə Xalq Cəbhəsi gəlmişdi. Ekspert deyib: "Əlbəttə, sərt mərkəzləşdirilmiş hakimiyyətin yoxluğu şəraitində o dövr üçün səfərbərlik və döyüş əməliyyatlarının düzgün idarə edilməsini həyata keçirmək mümkün olmadı. Ermənistan isə bizdə Müdafiə naziri vəzifəsinə Pavel Qraçov təyin olunduqdan sonra ciddi dəstək qazandı. Qraçov Ermənistana rəğbət bəsləyirdi, qəbul edilən müəyyən qərarlara müvafiq olaraq, Ermənistan öz ərazisində yerləşən hərbi hissələrdəki texnikanın bir hissəsinə sahib oldu, digər hissəni isə anbarları çapıb talayaraq öz əlinə keçirdi".
İ.Korotçenkonun fikrincə, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda vəziyyət düzəldi. Rusiyalı ekspert deyib: "Heydər Əliyev tanınmış sovet dövlət xadimi, Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, vaxtilə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik etmiş, yüksək hazırlıqlı, iradəli, sərt və sözübütöv siyasətçi idi. Prezident Heydər Əliyev Azərbaycan ordusunu bərpa etməyə, faktiki olaraq sıfırdan yaratmağa başladı. Çünki Xalq Cəbhəsi özündən sonra çox acınacaqlı miras qoymuşdu. Artıq İlham Əliyev hakimiyyətə gələndə o, iri infrastruktur neft-qaz layihələrini həyata keçirməyi bacardı, bu layihələr əhəmiyyətli həcmdə valyuta gəlirləri gətirməyə başladı. Bu vəsaitlər hesabına bütün Azərbaycan inkişaf edirdi, lakin böyük təxsisatlar məhz orduya yönəldilirdi. Ona görə də bugünkü Azərbaycan ordusu yaxşı təchiz olunub, o - layiqli rəqib və regionda ən yaxşı ordudur, dünyanın ən yaxşı 50 ordusu sırasındadır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
XƏBƏR LENTİ
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)
-
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub - Yenilənib - (Video)
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb - (Yenilənib)
-
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub - Yenilənib
-
Bakıda dəbdəbəli toy - Kutsi də gəldi - (Video)
-
Ronaldodan gözlənilməz qərar
-
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
Ələddin Əliyev vəfat etdi
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
-
Bəhreyn Qran-prisinin qalibi məlum oldu





