TDAV-dan Azərbaycana dəstək məktubu: "Qəhrəmanlıq mübarizəsini qardaş Türkiyə qürurla izləyir"
Türk Dünyası Araşdırmaları Vəqfinin (TDAV) sədri Közhan Yazgan Azərbaycana dəstək məqsədilə UNEC rektoru, professor Ədalət Muradova məktub ünvanlayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, məktubda Azərbaycanın bütün beynəlxalq qərarlara rəğmən, 90-cı illərdən bəri ermənilərin işğalı altında olan Dağlıq Qarabağ və ətraf rayonlarını azad etməsi uğrunda qanı, canı bahasına apardığı qəhrəmanlıq mübarizəsini qardaş Türkiyənin qürurla izlədiyi bildirilir. Azərbaycanın 30 ilə yaxın müddətdə bu haqq mübarizəsini sülh yolu ilə həll etmək cəhdlərinin heç bir nəticə vermədiyi, ermənilərin isə mülki obyektləri hədəf aldığı, körpə-uşaq demədən, məsum insanların qanını tökərək vəhşiliklər etdiyi deyilir. Dünyanın gözü önün baş verən bu alçaqlıq nifrətlə, lənətlə qınanılır.
"Qardaş Azərbaycanın acısı acımız, sevinci sevincimizdir", - deyən K.Yazgan, "Bir millət iki dövlət" olaraq, bütün duyğularımıza ortaq olduğunu vurğulayıb.
Məktubda TDAV-ın qardaş Azərbaycanın müharibə şəraitində, həm də koronavirus səbəbilə ağır şərtlər altında onlayn təhsildəki uğurlarını yaxından izlədiyi, bu istiqamətdə hər hansı bir dəstəyin göstərilməsi üçün hazır olduqları deyilir.
Sonda K.Yazgan qardaş Azərbaycan ordusunun qısa zamanda zəfər qazanması və işğal altında olan torpaqlarda sonsuza qədər ay-ulduzlu bayrağın dalğalanması ilə bağlı diləklərini çatdırıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib - (Foto)
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
XƏBƏR LENTİ
-
Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi
-
Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib - (Foto)
-
Xəzərdə elmə məlum olmayan iki yeni balıq növü aşkarlandı
-
Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
-
Dəmir yolları tezliklə yenidən Xankəndiyə aparacaq - (Video)
-
F1 pilotu: "Bakıda tez-tez maraqlı yarışlar keçirilir"
-
Türkiyədə liseyə silahlı hücumda yaralananların sayı artıb - (Yenilənib)
-
Sabun hazırlaması ilə tanınan Zeynəb Tağıyeva vəfat etdi
-
Tıxacda avtomobillərin üstündən keçə bilən cip - (Video)
-
Bakıda tozlu hava neçə gün davam edəcək?
-
"TRUMP TV" fəaliyyətə başladı
-
Ajda Pekkan səhnədə göz yaşları tökdü - (Video)
-
Türkiyədə məktəbə silahlı hücum edən şəxsin görüntüləri ortaya çıxdı - (Video)
-
Azərbaycanda bu şəxslərin evlənməsi qadağandır - Siyahı
-
Qranit Caka İsveçrə millisindən uzaqlaşdırıldı
-
Konqres Mərkəzində tüstülənmənin səbəbi bilindi
-
Bulvara gedənlərin diqqətinə: Bu hissə bağlanır
-
Azərbaycanlı müğənni 45 kilo arıqlayıb tanınmaz hala düşdü - (Video)
-
Azərbaycanda 883 min nəfərlə bağlı yeni xəbər
-
Bilgəhdə dənizdə batan tələbələrin meyitləri tapıldı - (Yenilənib/Video)
-
Pensiyalar tam ödənildi
-
Ukraynada azərbaycanlı polis rəisinin otağı dronla vuruldu
-
Salahın foto çəkdirdiyi qaya turistik məkana çevrildi - (Foto)
-
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?





