Siyasət

Minnesotada Gəncə terroruna etiraz - FOTO

26 Oktyabr 2020 15:14
Baxış: 638

ABŞ-ın Minneasota ştatının Minneapolis şəhərində yaşayan soydaşlarımız Kapitol binasının önündə icazəli aksiya keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, aksiya zamanı işğalçı Ermənistan ordusunun Gəncə şəhərində terror aktları törətməsi, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların qətlə yetirilməsi pislənilib.

Minneasota Azərbaycan İcmasının təşəbbüsü ilə keçirilən aksiyada soydaşlarımız Gəncə terrorunun qurbanlarının xatirəsini yad edib və erməni separatizminin nəinki Azərbaycana, bütövlükdə bəşəriyyətə qarşı böyük təhlükə olduğunu bildiriblər.

Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasəti qınayan aksiya iştirakçıları beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq səsini eşitməyə və mülki əhaliyə qarşı törədilən terror aktlarına biganə qalmamağa səsləyiblər.

Aksiya iştirakçıları Azərbaycan Respublikasının Dövlət Himnini oxuduqdan sonra əllərində tutduqları "Qarabağ Azərbaycandır!", "Erməni terroruna son qoyun!", "Uşaq ölümünə son qoyun!", "Biz terrora yox deyirik", "İşğalçı dövləti dəstəkləməyin!" kimi plakatlarla Hennepin dairə Məhkəməsinin binasından Nikolet Mola doğru yürüş ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.