İslamabadın ən böyük alış-veriş mərkəzində “Ermənistan mülki əhalini qətlə yetirir. Erməni təcavüzünə son” adlı aksiya keçirilir - VİDEO - FOTO
Ermənistanın Azərbaycana qarşı təcavüzü və müllki əhaliyə qarşı məqsədli raket hücumları nəticəsində Azərbaycanın Gəncə, Mingəçevir və digər yaşayış məskənlərində həlak olmuş həmvətənlərimizin əziz xatirəsini anmaq və erməni vəhşiliklərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə İslamabadın ən böyük alış-veriş mərkəzi olan "Centaurus Mall"-da keçirilən aksiyada Erməni terrorunu özündə əks etdirən posterlərin, şəkillərin və şuarların yer aldığı güşənin nümayişinə başlanıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikasının Pakistandakı Səfirliyinin təşəbbüsü ilə baş tutan bu aksiyada Ermənistanın xain iç üzünün, əliyalın, evlərində xəbərsiz yatmış mülki əhalinin, uşaqların raket hücümlarına məruz qoyaraq qətlə yetirməsinin və bu qəddar hücümların fəsadlarının geniş Pakistan ictimaiyyətinə çatdırılması nəzərdə tutulur. Orta hesabla gündəlik 35 min ziyarətçisi olan bu ticarət mərkəzində quraşdırılmış böyük ekranda isə Gəncə və digər şəhərlərimizin dinc əhalisinə həyata keçirilmiş çoxsaylı raket hücümlarının fəsadlarının video nümayişi də gün ərzində keçirilir.
Pakistanın müəyyən rəsmi şəxsləri, Azərbaycan Respublikasının Pakistandakı səfiri və səfirliyin kollektivi, Pakistan ictimaiyyətinin və KİV-lərinin nümayəndələri, eləcə də bu şəhərdə yaşayan azərbaycanlılar və minlərlə pakistanlı guşəni ziyarət edərək onun qarşısına güllər və oyuncaqları qoyaraq həlak olanların xatirəsinə öz ehtiramlarını ifadə ediblər.
Güşənin ziyarətçisi olan minlərlə paytaxt sakini dinc əhaliyə qarşı Ermənistanın bu qəddar əməllərindən heyrətlərini bildirib və insanlığa qarşı olan bu hərbi cinayəti qəti qınayıblar. Ziyarətçilərin çoxsaylı təklifləri, sualları və Azərbaycanla həmrəylik bildiriən fikirləri səfirlik əməkdaşları tərəfindən gün ərzində dinlənilir və cavablandırılır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Dost Almaniya xalqına...” - Prezident İlham Əliyevin xatirə kitabına yazdıqları - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya səfəri ilə bağlı paylaşım edilib - (Video)
-
Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib
-
Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalanıb (TAM MƏTN)
-
Azərbaycan iqtisadi baxımdan çox maraqlı perspektivlər təqdim edir - Almaniya Kansleri
-
Prezident İlham Əliyev: Azərbaycanın Almaniyaya ixracının əsas hissəsini xam neft təşkil edir
XƏBƏR LENTİ
-
"Titanik"in çəkilişində aktyorları narkotiklə zəhərləyiblər
-
Cennifer Lopes kişiləri nələrin cəlb etdiyini açıqladı
-
Eda Ece xəstəxanalıq oldu
-
62 yaşlı türk müğənni illərə meydan oxuyur
-
Ən çətin günləriniz başa çatacaq: Dörd BÜRC üçün şad xəbər
-
Şəkər tamamilə "düşmən" deyil: Şirinə olan ehtiyacı daha sağlam qarşılamanın yolları
-
Ağciyərlərdəki ləkələri silgi kimi təmizləyir: Bir sapı belə kifayətdir
-
Dilarənin ən böyük arzusu
-
Ermənistan ordusunun hərbçisi ölüb
-
Yasdakılar lavaşdan zəhərlənib
-
Bakıda oteldən oğurluq edən tutuldu
-
Çempionlar Liqası: "Sabah" ilk oyunda "KuPS"a qalib gəlib - (Yenilənib)
-
“Dost Almaniya xalqına...” - Prezident İlham Əliyevin xatirə kitabına yazdıqları - (Foto)
-
"Barselona" 18 yaşlı futbolçu aldı
-
"30 il əvvəl hazırladığım geyimi indi CeyLo geyinir"
-
Qaradağın bəzi ərazilərində qaz olmayacaq
-
Sahil qəsəbəsində dənizdə batan şəxs xilas edilib
-
Musiqi və incəsənət müəllimlərinin sertifikatlaşdırma qaydası təsdiqləndi
-
Bakıda Musa Əliyev küçəsinin bir hissəsi təmirə bağlanır
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya səfəri ilə bağlı paylaşım edilib - (Video)
-
Ermənistan güləşçiləri Azərbaycana gəlir
-
“Limon turşusu” həbs olundu
-
Günel Bakıda villa tikdirir - (Foto)
-
Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib





