Paşinyanın ardınca Mnatsakanyan da CNN-də özünü biabır etdi
Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşdən sonra - oktyabrın 23-də CNN kanalına müsahibə verib.
Milli.Az Trend-ə istinadən bildirir ki, xanım aparıcı Kristin Amanpurun qonağı olan Mnatsakanyan ona ünvanlanan çətin suallar qarşısında aciz qalıb. O, müsahibənin əvvəlində humanitar atəşkəsi kobud şəkildə pozan və mülki şəxslərə qarşı təcavüz edən Ermənistanı müdafiə etmək üçün bəhanələr tapmağa çalışıb. Lakin aparıcı Mnatsakanyanın çıxışına bir neçə dəfə müdaxilə edərək, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən dörd qətnaməsini xatırladıb.
Mnatsakanyan aparıcının bununla sualı qarşısında özünü itirir, bir müddət əvvəl BBC-yə müsahibəsi zamanı çətin vəziyyətə düşən baş nazir Paşinyan kimi mövzunu dəyişməyə cəhd edir. Ardınca Kristin Amanpur Paşinyanın açıq-aşkar Ermənistanın işğalçılıq siyasətini özündə əks etdirən "Qarabağ Ermənistandır və nöqtə" açıqlamasını yada salır və erməni nazirdən Paşinyanın bu millətçi və təxribatçı açıqlamasının nəyə hesablandığını soruşur. Mnatsakanyan isə yenə suala cavab verməkdən yayınır və iddia edir ki, bu cür bəyanatlar verməklə Paşinyan yalnız Dağlıq Qarabağdakı ermənilərin təhlükəsizliyində Ermənistanın rolunu düşünüb.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl BBC telekanalında yayımlanan "HardTalk" verilişinin qonağı olarkən də oxşar vəziyyətlə qarşılaşmışdı. Verilişdə aparıcı Stiven Sakurun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi obyektiv və həqiqəti əks etdirən suallara cavab verərkən də biabır olmuşdu.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bu ölkənin prezidenti 120 il yaşamaq istəyir
-
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
-
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
XƏBƏR LENTİ
-
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)
-
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
-
Danla Bilic yenidən əməliyyat olundu - (Foto)
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
-
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
-
“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi - Yenilənib - (Video)
-
Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı





