Siyasət

KTMT Ermənistana kömək etməyəcək - Paşinyana daha bir sillə

23 Oktyabr 2020 14:50
Baxış: 3 438

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müdafiə potensialının işə salınması barədə danışmaq düzgün deyil.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib.

O bildirib ki, münaqişə Ermənistan ərazisinə keçməyib:

"Ermənistandan rəsmi müraciət daxil olmayıb. KTMT öz üzv dövlətlərinə müəyyən vəziyyətlərdə, açıq-aşkar aqressiya olarsa, kömək edir. Münaqişənin Ermənistanda deyil, Qarabağda getdiyi vaxtda KTMT-nin köməyindən danışmaq düzgün deyil".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.