İndi baş verənlər Minsk qrupunun fəaliyyətindəki səriştəsizliyin nəticəsidir
Qazaxıstanın və bütün türk dünyasının yaşayan əfsanəsi, tanınmış ictimai-siyasi xadimi, diplomat, yazıçı, ölkəmizin "Dostluq" və "Şöhrət" ordenlərinin laueratı Oljas Suleymenov Azərbaycan Televiziyası vasitəsilə xalqımıza müraciət edib. O, bu tarixi günlərdə Azərbaycanla birlikdə olduğunu bəyan edib.
Milli.Az Trend-ə istinadən onun müraciətini təqdim edir:
"Bu günlərdə moskvalı bir jurnalist mənə sual ünvanlamışdı və sualı da belə başlamışdı ki, "Siz təbii ki, Azərbaycanın tərəfini tutursunuz". Mən cavabında dedim: Azərbaycan futbol komandası deyil, mən onun tərəfini tutum. Azərbaycan mənim üçün doğma ölkədir, qardaş xalqdır. Ona görə də əgər bu möhtəşəm xalqa, respublikaya rəğbət bəsləyirəmsə, bunu dərin səmimiyyətimlə edirəm. Mən Bakıda, Gəncədə, Şuşada, Füzulidə və bir sıra digər şəhərlərdə çox gözəl günlər keçirmişəm, hamısını gəzmişəm. Bu, sovet dövründə, gəzilməsi mümkün olan vaxtlarda baş vermişdi. Hazırda orada cərəyan edən hadisələrdən xəbərdaram. 30 ildir hamımız bu ağrı-acı ilə yaşayırdıq. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində başlayan faciələrlə kədərləndik. Həmin illərdə, 90-cı ilin Qara Yanvar hadisələrində mən oraya getmişdim.
İndi baş verənlər dünyanın nüfuzlu dövlətlərindən formalaşan Minsk qrupunun fəaliyyətindəki səriştəsizliyin nəticəsidir. Təəssüf ki, onlar 30 ildə heç nə etmədilər. Bu səbəbdən də Azərbaycan özü öz torpaqlarını azad etmək məcburiyyətində qaldı. Əlbəttə, Gəncəyə raket atıldığını eşidəndə çox narahat oldum. Bu, tamamilə qadağan olunmuş bir həmlədir və əsl təxribatdır. Çünki şəhərlərə raketlə hücum etmək beynəlxalq hüquqla da yasaqlanıb. Ermənistan isə bu qaydanı kobudcasına pozub. Raket hücumu barədə əmri dövlətin ən yüksək rütbəli şəxsi verir. Yəqin ki, bu halda hücum əmrini Ermənistanın baş naziri verib. Bu, bizim hamımıza həqarətdir, hamımızın təhqir olunmağımızdır və bizi üzür.
Amma sevindirici məqam ondan ibarətdir ki, hansısa rayonların, yaşayış məntəqələrinin işğaldan qurtarıldığı xəbərini alırıq. Eşitdim ki, Füzuli azad olunub. Bilmirəm, indi o hansı vəziyyətdədir, amma mən olduğum vaxt çox füsunkar bir şəhər idi. Mən 30 ildir işğal altında qalan bütün 7 rayonun azad olunacağına inanıram. Ümid edirəm ki, Minsk qrupu da Azərbaycanın öz gücü ilə azad etməkdə olduğu və mütləq azad edəcəyi vətən torpaqları uğrunda mübarizəsini təqdir edəcək və dəstəkləyəcək. Doğma Azərbaycana uğurlar diləyir və torpaqlarına sülh gəlməsini istəyirəm. Bunu çox arzulayıram. Mən Azərbaycan xalqına, Azərbaycana öz sevgimi, məhəbbətimi bildirir, sülh, əmin-amanlıq və işıqlı günlər arzulayıram. Sağ olun!".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
ABŞ-dən qayıdan Pezeşkiandan ilk açıqlama
-
Ordumuz Azərbaycanın hərb tarixinin ən şərəfli səhifəsini yaratdı - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub - (Foto)
-
Tokayev hərbçilərin ölümünə görə Daürən Kosanovu işdən çıxardı
XƏBƏR LENTİ
-
Maşın təmiri sexində divara vurulan elanlar gülüş doğurdu - (Video)
-
Azərbaycanda pensiya yaşı ilə bağlı yeni qayda
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
"Qalatasaray"ın keçmiş futbolçusu 33 yaşında karyerasını bitirdi
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
Azərbaycanda zəlzələ oldu
-
Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər
-
Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq
-
Arda Gülər su istədi, görün, azarkeşlər nə etdilər - (Video)
-
27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər Parkına ziyarət başlayıb (Foto)
-
ABŞ-dən qayıdan Pezeşkiandan ilk açıqlama
-
Ordumuz Azərbaycanın hərb tarixinin ən şərəfli səhifəsini yaratdı - Kamaləddin Qafarov
-
3 BÜRCƏ payızda çoxlu pul gələcək
-
Mbappe ilə bağlı pis xəbər
-
Bakı-Sumqayıt yolunda daha bir dəhşəti qəza: "Chevrolet" "KamAZ"a çırpıldı: Ölü və yaralılar var - (Foto)
-
Namiq Qaraçuxurlu 27 il əvvəl - (Video)
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub - (Foto)
-
Bakının bu ərazisində bulvar salınır (Video)
-
41 yaşlı Modriç yenə tarix yazdı
-
Rusiyada bu hava limanı bağlandı
-
"Kara Haydar"ın maşınlarından "paçka-paçka" pullar çıxdı - (Foto)
-
Saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılacaq
-
Əli Tarakçı həbs olundu
-
TIR "07" ilə toqquşdu: Yaralılar var





