Soros planını həyata keçirmək mandatını almış Paşinyan Moskvaya arxa çevirir - İstiqamət Avropadır
Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycana müharibə başlatmağının əsas səbəblərindən biri ölkəsini NATO-ya yaxınlaşdırmaq olduğu şübhəsizdir.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
Deputat bildirib ki, Yerevan NATO-ya doğru kurs götürüb. Ermənistan prezidenti Armen Sarkisyanın Brüsseldə NATO qapısını ürəklə döyməsi bu ölkənin Avropa məqsədinin olduğunu açıq göstərir. Sorosdan qaynaqlanan hazırki erməni siyasi isteblişmenti qətiyyətlə Avropanın kəndarında dayanıb. Soros planını həyata keçirmək mandatını almış Paşinyan və ətrafı Moskva ilə körpüləri tam yandırmaq niyyətindədir:
"NATO-ya daxil olmaq isə bu missiyanı reallaşdırmaq üçün Yerevana müstəsna üstünlüklər vəd edir. Beləliklə, Ermənistan sələflərinin edə bilmədikləri və ya etmək istəmədikləri Avropaya inteqrasiya yoluna çıxıb və bu planının həyata keçirmək üçün iri addımlarala irəliləyir. Azərbaycana qarşı başlatdığı hücüm əməliyyatlarının miqyasını genişləndirməklə bölgənin təhlükəsizliyini zərbə altına qoyanda əsas niyyəti siyasi xaos yaratmaq idi. Paşinyan yaxşı anlayırdı ki, belə vəziyyətdə gedişlər daha iti ola bilər.
S.Mikayılova qeyd edib ki, Brüssel görüşünə xüsusi həvəslə hazırlaşan erməni rəhbərliyi nəyin bahasına olursa-olsun NATO sevdasına Moskva qarşısında haqq qazandırmaq üçün Azərbaycana qarşı müxtəlif təxribatlar törətdi və cəbhə xəttində vəziyyəti daha da kəskinləşdirdi. İyulun 12-də Azərbaycanla dövlət sərhəddində Tovuz rayonuna təşkil etdiyi planlı hücumlar bu kontekstdə ilk idi:
"Burada səylər nəticə vermədi və Ermənistan B planına keçməli oldu. Daha iri miqyaslı təxribat və sonra müharibə "ali" məqsədə çatmaq üçün ən qısa yol ola bilərdi. Avropa sevgisini gizlətməyən Paşinyanın KTMT-ni tərk etmək istəyi sirr deyil. "Demokrat" olmasına özünü inandıran Soros tələbəsinin strateji tərəfdaşı olan Rusiyanın izlərini ölkəsindən silmək iştahası isə kifayət qədər böyükdür. Hakimiyyətə gəldikdən sonra Paşınyanın KTMT-də təşkilatı aşağılayan fəaliyyət aparması, ölkəsinin təşkilata sədrlik etdiyi dönəmdə onun rəhbəri Yuri Xaçaturovu həbs etdirməsi, sonra Belarusun müddətdən əvvəl sədrliyinə etiraz etməklə onu bir müddət "başsız" qoyması kimi dağıdıcı fəaliyyəti Yerevanın "qırmızı xətləri" inamla keçdiyini aydın sərgiləyirdi".
Deputat əlavə edib ki, tez-tez müstəqil siyasət aparmaq kimi ambisiyalı xəyallara düşən Paşinyanın hərəkət istiqaməti Avropadır. Kölgəsində yatdığı Rusiyaya qarşı oynadiğı bu oyun isə bağışlanmaz səhvdir və Ermənistanı siyasət müstəvisində mat vəziyyətində qoyacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Foto)
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
XƏBƏR LENTİ
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - (Yenilənib)
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula-2" üzrə Azərbaycan Qran-prisində qaliblər mükafatlandırıldılar - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”





