Siyasət

"Azərbaycanın ərazi bütövlüyü tezliklə tam təmin olunacaq" - Rusiyalı partiya sədri

20 Oktyabr 2020 15:11
Baxış: 1 960

Azərbaycanın ərazi bütövlüyü tezliklə tam təmin olunacaq.

Azərbaycan Milli Elmlər Akademiyasından Milli.Az-a verilən məlumata görə, bunu Azərbaycanın yaxın dostu, Rusiya Ümumxalqlar Partiyasının sədri, Beynəlxalq Slavyan Şurasının sədri, Beynəlxalq Slavyan Akademiyasının Prezidenti, 2-ci və 4-cü çağırış Rusiya Dövlət Dumasının sədr müavini, hüquq elmlər doktoru, professor Sergey Nikolayeviç Baburin AMEA-nın Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanova zəng edərkən deyib.

S.Baburin torpaqlarımızın mənfur düşmənlərdən ardıcıllıqla azad edilməsinə görə sevindiyini bildirib.

O, həmçinin bildirib ki, Moskva şəhərində erməni diasporu çox fəaldır və onlar ciddi antiazərbaycan təbliğatı aparırlar.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.