Erməni hərbçilər üçün 1500 meyit kisəsi - Meyitlərin sayı-hesabı yoxdur
Azərbaycan Ordusu 27 sentyabr tarixindən etibarən düşmən təxribatının qarşısını almaq, qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək, Qarabağ və işğal olunmuş ərazilərimizi azad etmək uğrunda cavab tədbirləri görməyə başlayıb.
Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, Azərbaycanın Milli Ordusu şəxsi heyət və tank bölmələri, raket-artilleriya qoşunları, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə düşmənə ağır zərbələr endirir. Ermənistanın Müdafiə Nazirliyinin təsdiqlədiyi rəqəmlərə görə, bu günə kimi düşmən aralarında yüksəkçinli zabit və gizir olmaqla, 729 hərbçisini itirib. Reallıqda bu rəqəm ermənilərin təqdim etdiyindən dəfələrlə çoxdur.
Bunu sübut edəcək kifayət qədər faktlar mövcuddur. İşğal altındakı Xankəndi və Şuşada yaşayan erməni hərbçi və digərlərinin Rusiya KİV-nə verdiyi müsahibələr onu deməyə əsas verir ki, düşmən minlərlə hərbçisini itirib. Ermənistanda səfərbərliyin elan olunması, orduya yaşlı, ahıl şəxslərin cəlb edilməsi, hətta qadınların belə ordu sıralarına daxil edilməsi Ermənistanın işğalçı ordusunun fiaskosundan xəbər verir.
Ermənistan tərəfinin Qarabağda təqdim ediləndən daha çox itki verməsini təsdiq edəcək daha bir sübut ortaya çıxıb. Belə ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi Ermənistana Dağlıq Qarabağda ölən hərbçilər üçün 1500 patoloji kisə (meyit kisəsi) təqdim edib. Bu kisələr vasitəsilə ölən erməni hərbçilərin meyitləri cəbhənin müxtəlif istiqamətlərində toplanaraq oradan çıxarılacaq.
Erməni tərəfinə 1500 meyit kisəsinin təqdim olunması, əslində, işğalçı ordunun minlərlə itki verməsini təsdiqləyir və real rəqəmlərin Ermənistan ictimaiyyətində qorxu yaratmaması üçün gizlədilməsini ortaya qoyur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının xristian irsinin izləri var - Hikmət Hacıyev
-
Ermənistan məhkəməsi TRIPP üzrə sazişi təsdiqlədi
-
Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “Qobustan” GES-in açılışında iştirakına dair paylaşım edilib - (Video)
-
Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli
-
Dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi
XƏBƏR LENTİ
-
“Kızılcık Şerbeti”ndən rekord
-
Ronaldu "Ən-Nəsr"dən gedir
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Qazaxıstana səfər edib
-
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
-
Sabunçu və Xətaidə qaz kəsiləcək
-
ADMİU-nun I kurs tələbələrini aşağılayan şəxs barədə qərar verildi - Yenilənib
-
Gəlin toyda suyun içindən keçdi - (Video)
-
Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının xristian irsinin izləri var - Hikmət Hacıyev
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
Ölüm hədəsi ilə üzləşən qapıçı 6 qol buraxdı
-
Şəhərətrafı qatar reyslərinin sayı 100-ə çatdırılır
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Tələbələr üçün gediş haqqı daha ucuz olacaq
-
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - (Foto)
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
-
ABŞ və husilər Omanda gizli görüş keçirdi - Detallar
-
Türkiyəli iş adamının olduğu təyyarə dağa çırpıldı
-
Azərbaycanda 70 qurum akkreditasiya edildi
-
Badamdarda yaşayış binasında partlayış: Xəsarət alan var
-
"Beşiktaş"da ciddi itki
-
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib





