Siyasət

Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin təxribatlarına layiqli cavab verilir - Hikmət Hacıyev

19 Oktyabr 2020 16:54
Baxış: 1 013

Humanitar atəşkəs elan olunandan 2 dəqiqə sonra Ermənistan silahlı qüvvələri tərəfindən təxribatlar törədildi. Azərbaycan Silahlı Qüvvələri tərəfindən isə onların layiqli cavabları verildi. Bunun nəticəsində də bizim bir sıra kəndlərimiz işğaldan azad edildi. Bu barədə Ali Baş Komandan da özünün "Twitter" hesabından xalqımıza xoş xəbəri çatdırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə, hazırda ön cəbhədə vəziyyət gərgin olmaqda davam edir: "Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin təxribatlarına layiqli cavab verilir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.