Prezident İlham Əliyev: "Ermənistanın hərbi-siyasi rəhbərliyi cinayətkarlardır, biz bu cinayətkarları cəzalandıracağıq"
Bu gün müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatır və çatacaq, bizim ərazi bütövlüyümüz bərpa edilir və ediləcək. Heç bir qüvvə bizi dayandıra bilməz. Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz. Bunu hər kəs bilməlidir. Bizim qabağımızda heç kim dura bilməz. Çıxsın yırtıcı Ermənistan dövləti bizim torpağımızdan. Ondan sonra atəşkəs təmin edilər. Atəşkəs elan olundu, ondan bir gün keçmədi Gəncəni bombaladılar. Özü də haranı? Yaşayış massivlərini. Bu gün də haranı vurdular? Yenə də yaşayış massivlərini. Nə vaxt vurdular? Gecə saatlarında ki, daha çox insan həlak olsun.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bu barədə xalqa müraciətində bildirib.
Bunun insanlığa qarşı cinayət olduğunu vurğulayan dövlətimizin başçısı deyib: "Əgər beynəlxalq birlik Ermənistanı törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmirsə, - necə ki, Xocalı soyqırımına görə heç kim onları məsuliyyətə cəlb etməyib, - biz özümüz onları məsuliyyətə cəlb edəcəyik. Biz özümüz onların cəzasını verəcəyik, özümüz onları cəzalandıracağıq və bizim cəzamız ədalətli cəza olacaqdır. Onlar ən ağır cəzaya layiqdirlər. Ermənistanın hərbi-siyasi rəhbərliyi cinayətkarlardır və biz bu cinayətkarları cəzalandıracağıq".
"Qarabağ Ermənistandır" deyən Ermənistanın baş naziri, nə oldu, indi demirsən "Qarabağ Ermənistandır". Gəl Füzuliyə, sən orada bizim torpağımızı istismar edirdin. Gəl Cəbrayıla, gəl Hadruta, gəl azad edilmiş başqa yerlərə, de ki, "Qarabağ Ermənistandır". Oturmusan orada - İrəvanda, oradan bəyanatlar verirsən, dünya liderlərinin zəhləsini tökürsən, adam qalmayıb ki, telefonla zəng etməyəsən", - deyə Azərbaycan Prezidenti əlavə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
XƏBƏR LENTİ
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq
-
Aslı Enver Türkiyəni tərk edir
-
Qaradağın yeni icra başçısının dosyesi





