Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Britaniya parlamentinin Lordlar Palatasının üzvü
Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Lord Malkolm Brus bu ölkənin Xarici işlər, birlik və inkişaf məsələləri üzrə dövlət katibi Dominik Raaba məktub ünvanlayıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, o, məktubunda Dağlıq Qarabağ münaqişəsinin daha da gərginləşməsindən narahatlığını ifadə edərək, Böyük Britaniya hökumətini problemin həlli yollarının axtarılmasında dünya birliyi ilə əməkdaşlığa çağırıb.
Məktubda deyilir: "Mətbuatda tez-tez "mübahisəli" kimi təsvir edilən həmin ərazi Azərbaycanın ayrılmaz hissəsidir. 1988-ci ilə qədər ermənilərin azərbaycanlılarla birlikdə yaşadığı və Azərbaycanın ərazisi olan Dağlıq Qarabağ uğrunda iki həftə davam edən şiddətli döyüşlərdən sonra atəşkəs razılaşması əldə olunub. Həmin vaxtda yerli erməni əhalisi erməni millətçilərinin təhriki ilə Dağlıq Qarabağın Ermənistana birləşməsi tələblərini səsləndirməyə başlayıb. 1991-ci ildə Dağlıq Qarabağ erməniləri qanunsuz olaraq "müstəqil" qondarma "Dağlıq Qarabağ respublikası"nın yaradılmasına razı oldular. Nəticədə yüz minlərlə azərbaycanlı vətəndaşın qaçqın və məcburi köçkün halına düşməsinə səbəb olan ağır silahlı toqquşmalar baş verdi".
Qeyd olunur ki, Ermənistan Dağlıq Qarabağdakı erməniləri dəstəkləsə də, o, bu ərazini Azərbaycanın ərazisi kimi tanıyır. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Dağlıq Qarabağdan və onun ətrafındakı işğal olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb edən dörd qətnaməsinə baxmayaraq, 26 ildir ki, vəziyyət demək olar dəyişməz qalıb. "Oktyabrın 10-da Azərbaycan ilə Ermənistan arasında hər iki tərəfin əsir və cəsədlərinin mübadiləsinə icazə verilməsi üçün əldə edilmiş humanitar atəşkəs razılaşmasının pozulması, oktyabrın 11-də Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə və döyüş zonasından tamamilə kənarda yerləşən digər şəhərlərinin Ermənistan tərəfindən raket hücumuna məruz qalması xəbərləri məni çox kədərləndirir və narahat edir. Nəticədə uşaqlar da daxil olmaqla, mülki şəxslər qətlə yetirilib və yaralanıb", - deyə məktubda vurğulayıb.
Etnik erməni azlıqların hüquqlarını qorumaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünü tanıyan qətnamənin qəbul edilməsinin vaxtının çatdığını bildirən Lord Malkolm Brus yazıb: "Beynəlxalq səviyyədə əldə olunmuş atəşkəs yalnız münaqişənin uzadılmasına xidmət edir. Azərbaycanda işləyən və azərbaycanlılarla birgə iş təcrübəsi olan biri kimi əminliklə deyə bilərəm ki, Azərbaycan çox dinc və tolerant insanları olan dünyəvi dövlətdir. Azərbaycanda ləzgilər, talışlar, kürdlər, ruslar və yəhudilər də daxil olmaqla, bir çox etnik azlıqlar birgə yaşayırlar. Həqiqətən də bu ölkədəki yəhudilər əsrlər boyu Azərbaycan müsəlmanları ilə heç bir münaqişə və ya narahatlıq ilə üzləşməyiblər. Azərbaycan böyük bir yəhudi icmasının məskunlaşdığı nadir müsəlman ölkəsidir".
"Mən BMT-nin qəbul etdiyi qətnamələrə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpası və davamlı atəşkəsə, sülhə nail olmaq məqsədilə Böyük Britaniya hökumətini öz nüfuzundan istifadə etməyə çağırıram", - deyə Lord Malkolm Brus məktubunda vurğulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib - XİN
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
XƏBƏR LENTİ
-
Bakıda İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib - XİN
-
Çində 26 mərtəbəli bina cəmi 120 günə tikildi - (Video)
-
Kəlbəcərdə Bal Festivalı keçirilib - (Foto/Video)
-
“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər
-
Yasamalda maşın sərnişin avtobusuna çırpıldı - (Video)
-
Yeni Günəşlidə ilan göründü - (Video)
-
Xəyalə yol hərəkət qaydalarını pozdu - (Foto)
-
Həftənin rəmzi komandası bəlli oldu
-
Kəlbəcərdə kanat yolu və dağ-xizək kompleksinin yaradılması planlaşdırılır - Prezidentin xüsusi nümayəndəsi
-
2040-cı ilin sonunadək Kəlbəcərə 17 min nəfərin köçürülməsi planlaşdırılır - Bəşir Hacıyev
-
Azərbaycanda sabiq nazir vəfat etdi - (Foto)
-
“Bakıda doğulmuşam, Bayıl uşağıyam” - “Qarabağ”ın oyunçusu - (Video)
-
Georgi Baramidze həbs olundu
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Fransada qatar relsdən çıxdı - Çoxlu sayda yaralılar var
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
-
Azərbaycanda nadir hadisə: Döl uşaqlıq əvəzinə qaraciyərdə inkişaf edib - (Video)
-
Xarici diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunda olublar - (Yenilənib)
-
Faiq Mirzəyev oğluna toy etdi - (Video/Foto)
-
Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu
-
İtkin düşən 8 nəfər tapıldı
-
Mahir Emrelinin paltardəyişmə otağında çılğın qələbə sevinci - (Video)
-
Türkiyəli aktrisa “Sənə də qalmaz” oxudu - (Video)





