Ermənilər ərazilərmizi sürətlə tərk edir - Deputat
Dağlıq Qarabağda artıq erməni mənşəli mülki əhali demək olar ki, qalmayıb. 30 faizdən belə daha az civardadır. Hamısı yenidən Ermənistana qayıdır. Zəbt etdikləri torpaqlarımızı tərk edirlər. Niyə? Çünki anlayırlar ki, artıq bu savaşda uduzublar. Çünki fərqindədirlər ki, Azərbaycanın qəhrəman əsgərlərinin bütün işğal olunmuş torpaqları geri qaytaracağı gün uzaqda deyil. Çünki anlayırlar ki, bura erməninin deyil, Azərbaycanın ərazisidir. Hətta Araik Arutyunyanın saxta, mənasız fərmanına baxmayaraq həmin tərketmə yenə davam edir. Daha dəqiqi, ermənilər qaçırlar. Bəli, məhz qaçırlar. Paşinyanın faşist ideologiyasının, siyasətinin axırı belə də olmalı idi. İndi həmin əhali də, məğlub olmuş erməni əsgəri də, riyakar və qəsbkar Paşinyan da anlasın və görsün ki, başqasının torpağına göz dikməyin sonu, nəticəsi necə olur.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.
Deputat bildirib: "Qələbə bizimlədir. Addım-addım irəli gedirik. Hər gün yeni şad xəbərlər gözləyirik və nə xoş ki, həmin şad xəbərləri alırıq. Dünən sosial şəbəkələrdə Xocavəndin işğaldan azad olunmuş bir kəndinin fotosu paylaşılmışdı. Görün, Azərbaycanın necə gözəl yerlərini bu vandal ermənilər qəsb ediblər. 30 ilə yaxın biz bu torpaqlara həsrət qalmışıq. İndi isə artıq həmin əzəli torpaqlara qayıdış vaxtıdır. Bu dövr bizlərin qələbə, ermənilərin isə məğlubiyyət, fiasko dövrüdür.
Eyni zamanda bir məqamı da gözdən qaçırmaq olmaz: Bəli, bu faktdır ki, erməni kökənli mülki əhali işğal olunmuş ərazilərmizi sürətlə tərk edir. Amma məsələ burasındadır ki, hazırda Dağlıq Qarabağda erməni adına heç döyüşməyə də kimsə qalmayıb. Ermənistanda 60 yaşdan yuxarı kişilərin, məktəblilərin orduya cəlb edilməsi, 55 yaşa qədər kişilərin ölkəni tərk etməsi ilə bağlı qadağanın qoyulması da bütün bu deyilənlərin sübutudur. Amma yağı düşmənin köməyinə elədikləri və düşündükləri heç nə çatmır. Çabalayırlar. Vurnuxurlar. Saman çöpündən yapışıblar.
İndi də tək çarələri ona qalıb ki, ölkə kənarındakı adamlarına, ələlxüsus da muzdlulara müraciət etsinlər. Hətta artıq həmin muzdluların orduya cəlb edilməsini qanuniləşdiriblər. Fəqət, bu riyakar düşmən, yırtıcı, faşist təfəkkürlü erməni caniləri yenə də uduza-uduza, itirə-itirə gedirlər. Bundan sonra da uduzacaqlar! İtirəcəklər! Erməni qəsbkarları, təxribatçıları heç bir halda Qarabağ savaşında qalib ola bilməyəcəklər.
Ermənistan öz ordusuna indikindən yüz dəfə də artıq adam, əsgər yığsa, cəlb etsə yenə Azərbaycanın şanlı, qüdrətli ordusu qarşısında tab, davam gətirə bilməyəcək. Çünki bizim mübarizəmiz, Azərbaycanın mübarizəsi haqq mübarizəsidir, bizim qəhrəman əsgərlərimiz öz əzəli torpaqlarını işğaldan azad etmək uğruna döyüşürlər. Qələbə də haqqın tərəfində olacaq. Mütləq olacaq. Hər gün olacaq. Davamlı olacaq. Buna adımız qədər əminik. Tanrı dövlətimizi, millətimizi, ordumuzu, Ali Baş Komandanımızı qorusun".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
XƏBƏR LENTİ
-
Səhər yeməyində buna diqqət edin!
-
Qorxulu yuxuların səbəbi
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)





