"Azərbaycan müasir PUA-ların köməyi ilə düşmənin müdafiə sistemini tam zəiflədib" - Polkovnik
Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızın işğaldan azad edilməsi üçün əks-hücum əməliyyatlarında lazım olan bütün müasir silah və hərbi texnikalarla təchiz edilib.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.
O bildirib ki, həmin silahlardan istifadə nəticəsində düşmən ordusu darmadağın edilib: "Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi bir neçə ay öncə Türkiyəyə səfər edərək Türkiyə hərbi sənaye kompleksi ilə tanış olub. Həmin vaxt Azərbaycan Türkiyədən bir neçə növ hərbi silah və texnika, o cümlədən dəqiq zərbə endirən "Bayrakdar" zərbəçi pilotsuz uçan aparatlar (PUA) alıb. Azərbaycanda bir neçə növ pilotsuz uçan aparatlar var. Lakin onlar arasında daha səmərəlisi "Zərbə"PUA-sıdır. Bu PUA-lar bu dəfəki döyüşdə daha səmərəli oldu.
Həmin PUA vasitəsilə Ermənistanın 3 ballistik raket qurğusu sıradan çıxarılıb. Təkcə PUA-ların istifadəsi zamanı Azərbaycan Silahlı Qüvvələri Ermənistanın 1 milyard dollardan artıq hərbi zireh və texnikasını məhv edilib. Həmin PUA-larla biz düşmənin dərində olan atəş nöqtələrini məhv etmişik. PUA-ların Ermənistanın ballistik raket qurğularını sıradan çıxarmaqla biz minlərlə insanın həyatını xilas etmişik. Biz bu PUA-larla düşmənin bütün müqavimət nöqtələrinə zərbələr endirərək onları darmadağın etmişik. Bu silahlar vasitəsilə Azərbaycan şəxsi heyəti arasında itkiləri minumuma endirmişik".
Polkovnik bildirir ki, Azərbaycan Silahlı Qüvvələrinin apardığı döyüş müasir döyüş taktikasına tam uyğundur: "Biz bununla düşməni maksimum zəiflətmişik, onların lazım olan atəş nöqtələrini, yüksəklikdəki mövqelərini dağıtmışıq. Çünki Azərbaycan Ordusunun silahlanması tam komplektləşdirilib".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - (Foto)
-
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - (Foto)
-
Azərbaycanla Slovakiya arasında məxfi məlumatların mühafizəsi haqqında saziş təsdiqlənib
-
Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında sazişə dəyişiklik təsdiqlənib
-
Azərbaycanla Monqolustan arasında hava əlaqəsi haqqında Saziş təsdiq edilib
-
Evini kirayəyə verənlər üçün qaydalar açıqlandı
XƏBƏR LENTİ
-
"Süni narazılıq görüntüsü yaradılır" – Media və Yayım Şurası vətəndaşlara və mediaya çağırış etdi
-
Yalçın Uğur ARB TV ilə yollarını ayırdı - yeni kanalı
-
"Kəpəz" 21 yaşlı bombardiri heyətinə qatır
-
Vahid məktəbli forması ətrafında yaradılan süni ajiotaj - (Video)
-
Dambrauskas: "Hər kəs bizdən "Slaviya" ilə matçda qələbə gözləyir"
-
“Sabah”ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
Sabunçuda psixotrop maddə qəbul edən şagirddən məktəbdə qorxunc əməl
-
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib - (Foto/Video)
-
Sabah Naxçıvanın bir sıra ərazilərində işıq kəsiləcək
-
Məktəblərdə vahid geyim qaydaları: dünyəvi təhsil, dövlətçilik və milli maraqlar
-
Azərbaycana gələn turistlərin xərcləri 16 %-ə yaxın azalıb
-
Röyanın həmkarına təyyarədə sözləri diqqət çəkdi: "Səni kluba aparacaqdım" - (Video)
-
Paltaryuyan maşında problem tapılmırsa, səbəb nə ola bilər?
-
Nəfəsin bu görüntüsü tənqid edildi - (Video)
-
Anar Hacıyev “Qarabağ”dakı vəzifəsindən ayrıldı
-
Ucarda sərnişin avtobusu yandı
-
Hava kəskin dəyişir - Xəbərdarlıq edildi
-
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - (Foto)
-
Şöhrət Məmmədov Azərbaycanla vidalaşdı – (Video)
-
Türkiyəli məşhur aktyor vəfat edib
-
Azadlıq prospektində yeni zolaq təşkil edildi
-
Zeedorfun yeni iş yeri bəlli oldu
-
Sabah yola çıxanlar bunu nəzərə alsın
-
"6, 7 yaşında uşaqların başını bağlamağa nə ehtiyac var?"





