Prezident İlham Əliyev: Azərbaycan və Rusiya çoxəsrlik dostluq telləri ilə bağlıdır, heç bir qüvvə buna təsir göstərə bilməz
Azərbaycan və Rusiya çoxəsrlik dostluq, əməkdaşlıq, qarşılıqlı anlaşma telləri ilə bağlıdır. Əminəm ki, heç bir qüvvə buna təsir göstərə bilməz.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev oktyabrın 15-də Rusiyanın Ria Novosti agentliyi üçün "Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi" media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.
Dövlət başçısı bildirib:
"Mən tez-tez deyirəm ki, Paşinyan Sorosun məhsuludur. Düşünürəm ki, hamı mənimlə razılaşar. Lakin Soros artıq şəxsiyyət deyil. Bu, anlayışdır və mən bunu əsla istisna etmirəm ki, o vaxt böyük ölkəni dağıtmaq üçün bu cür vasitələr işə salınmışdı. Onu daxildən partlatmaq, nifaq toxumu səpmək, xalqları bir-birinə qarşı qızışdırmaq və dövlətləri parçalamaq - yeri gəlmişkən, belə də oldu. Buna görə də, sadəcə, bu tarixi faktları Rusiya ictimaiyyətinin diqqətinə çatdırmaq və demək istərdim ki, Azərbaycan və Rusiya çoxəsrlik dostluq, əməkdaşlıq, qarşılıqlı anlaşma telləri ilə bağlıdır. Əminəm ki, heç bir qüvvə buna təsir göstərə bilməz. Doğrudur, müxtəlif istiqamətlərdən nifaq salmaq, müəyyən etimadsızlıq yaratmaq cəhdlərini görürük. Lakin həm Rusiya, həm də Azərbaycan rəhbərliyinin ardıcıl siyasəti sayəsində biz nəinki geriləmirik, biz irəliyə gedirik. Bu gün Rusiya və Azərbaycan bir-birini strateji tərəfdaşlar adlandırır. Bizim ölkələrimiz arasında qarşılıqlı əlaqələrin səviyyəsi hər hansı qonşular üçün nümunə ola bilər. Əminəm ki, münaqişənin hərbi fazası başa çatandan və siyasi nizamlamaya keçəndən sonra, - əgər Ermənistan tərəfi itirdiklərini və ona mənsub olmayanı güclə qaytarmaq cəhdlərindən əl çəkərsə, biz bunu etməyə günü sabah hazırıq, - inanıram ki, Rusiya bizim regionda sabitləşmə işində aparıcı rol oynamaqda davam edəcək. Buna görə sizin kanalınız vasitəsilə bütün rusiyalıları səmimi salamlamaq, onlara ən xoş arzularımı çatdırmaq istərdim. Keçən il bir milyon rusiyalı Azərbaycana səfər edib. Ümidvaram ki, pandemiyadan sonra bu dinamika bərpa olunacaq. Rusiyalı qonaqlarımıza həmişə şadıq. Onlar da bilirlər ki, Azərbaycana gələndə özlərini evlərində olduğu kimi hiss edirlər".
Mili.Az
DİGƏR XƏBƏRLƏR
-
Ərdoğan Azərbaycanı təbrik edib - (Foto)
-
Hakan Fidan Azərbaycan-Ermənistan arasında sülh danışıqları barədə danışıb
-
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
-
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - (Video/Foto)
-
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
XƏBƏR LENTİ
-
Həbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı - (Foto)
-
Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdır
-
Azərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb - (Foto)
-
Uşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu - Valideynlər bunları bilməlidir
-
Tanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu var
-
Hava yenidən pisləşir - Xəbərdarlıq
-
ÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli oldu
-
İran ABŞ-ın daha bir PUA-sını vurdu
-
Ərdoğan Azərbaycanı təbrik edib - (Foto)
-
Hakan Fidan Azərbaycan-Ermənistan arasında sülh danışıqları barədə danışıb
-
ABŞ kosmosda silah yerləşdirdi - Məqsəd nədir?
-
Cəlilabadda yaşayış evində yanğın oldu
-
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - (Video)
-
“Qodo həsrətində” adlı tamaşanın məşqləri davam edir - (Foto)
-
İki ayağını itirən qazimizin nişanından görüntülər - (Video)
-
Roberto Karlosdan Arda Güler açıqlaması: “Mourinyo bundan əl çəkməlidir”
-
Elza Seyidcahan illər sonra “tort qalmaqalı”ndan danışdı - Sirr açıldı - (Video)
-
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
-
Mbappedən Dembele ilə bağlı sərt sözlər
-
Astarada 74 yaşlı kişi evin damından yıxılaraq ölüb
-
Prezident İlham Əliyevin Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - (Foto)
-
Aftandil Qurbanov vəfat etdi
-
Uşaqların sevimli onlayn oyunu: “Roblox”un təhlükələri nələrdir?





