Prezident İlham Əliyev: Biz yeni reallıq yaratdıq, bu gün gərək hər kəs bu reallıqla razılaşsın və barışsın
Biz əslində baza prinsiplərini döyüş meydanında, gerçəkləşdiririk. Minsk qrupu buna nail ola bilmədi. Ona görə bu məsələnin həlli, bir daha demək istəyirəm ki, hərbi-siyasi yollarla mümkündür. Hərbi yol hazırda baş verir, biz istəyirik ki, nə qədər tez olursa-olsun, bitsin, ondan sonra siyasi proses başlansın və baza təməl prinsipləri də əsas olsun.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bu barədə Türkiyənin NTV kanalına müsahibəsində bildirib.
Münaqişənin indiyədək həll olunmamasının səbəblərindən danışan dövlətimizin başçısı deyib: "Məsələnin həll edilməməsinin səbəbi, ilk növbədə, beynəlxalq təşkilatların öz qərarlarına hörmətsiz yanaşmasıdır. Çünki Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bildiyiniz kimi, 1993-cü ildə 4 qətnamə qəbul etmişdir və orada göstərilir ki, erməni silahlı qüvvələri torpaqlarımızdan qeyd-şərtsiz, yəni, heç bir şərt qoymadan çıxmalıdır, tam həcmdə. Amma bu, icra edildi? Edilmədi. Sonra Minsk qrupu yaradıldı, ondan bir il öncə yaradıldı, 28 il ötdü, bir şey oldu? Olmadı. Yəni, bizə elə gəldi ki, sanki beynəlxalq təşkilatlar münaqişənin bu vəziyyətdə saxlanmasına tərəfdardırlar ki, necə var elə də qalsın. Azərbaycan köçkünləri əbədi olaraq belə vəziyyətdə qalsın. Ermənistan işğal edilmiş torpaqlarda daha da möhkəmlənsin".
Prezident İlham Əliyev qeyd edib ki, işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma aparılırdı. Onlar erməniləri Suriyadan Dağlıq Qarabağa, Şuşaya köçürürlər, onlara imkan yaradırlar, pul verirlər və artıq bunu televiziyalarda açıq nümayiş etdirirlər.
"Yəni, bu, beynəlxalq müstəvidə qəbul edilmiş cinayətdir. Onların istəyi budur ki, vaxt keçsin, Azərbaycan xalqı bu torpaqlardan əlini üzsün. O torpaqları görməyən yeni nəsil yetişəcək və o nəsil oraya qayıtmaq istəməyəcək. Azərbaycan bu vəziyyətlə barışacaq, bununla paralel olaraq, ermənilər başqa ölkələrdən oraya gətiriləcək, orada erməni əhalisi çoxalacaq, sabah da deyəcəklər ki, "bilirsiniz, artıq reallıq budur, barışın". Bu idi onların məqsədi və təəssüf ki, onların hamiləri, onların havadarları bu işlərdə onlara yardımçı olmuşlar. Biz bu məkrli, çirkin planları məhv etdik. Biz yeni reallıq yaratdıq. Bu gün gərək hər kəs bu reallıqla razılaşsın və barışsın", - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya səfəri ilə bağlı paylaşım edilib - - (Video)
-
Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib
-
Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalanıb (TAM MƏTN)
-
Azərbaycan iqtisadi baxımdan çox maraqlı perspektivlər təqdim edir - Almaniya Kansleri
-
Prezident İlham Əliyev: Azərbaycanın Almaniyaya ixracının əsas hissəsini xam neft təşkil edir
-
Kansler: Almaniya Azərbaycanla münasibətlərin genişləndirilməsinə ciddi yanaşır
XƏBƏR LENTİ
-
Musiqi və incəsənət müəllimlərinin sertifikatlaşdırma qaydası təsdiqləndi
-
Çempionlar Liqası: "Sabah" - "KuPS" oyunu başlayıb
-
Bakıda Musa Əliyev küçəsinin bir hissəsi təmirə bağlanır
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya səfəri ilə bağlı paylaşım edilib - - (Video)
-
Ermənistan güləşçiləri Azərbaycana gəlir
-
“Limon turşusu” həbs olundu
-
Günel Bakıda villa tikdirir - (Foto)
-
Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib
-
Zabratda tullantı yığılmış sahədə yanğın başlayıb
-
Messi ən yaxşı seçildi
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində dövlət ittihamını müdafiə edən prokurorlar çıxışa başlayıb - (Foto)
-
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
-
Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalanıb (TAM MƏTN)
-
"Avropada müğənnilər məni təkrarlayırlar"
-
Fransa millisi Zidana tapşırıldı
-
Nurlan Serqaliyev saxlanıldı
-
MRT otağındakı katalka niyə fərqlidir? - TƏBİB səbəbini açıqladı
-
Süni intellekt hansı sahələrdə inkişaf etdiriləcək? - Rəsmi siyahı
-
DÇ-2026-nın rəmzi komandası açıqlandı
-
"Zirə" "Göztəpə"nin sabiq futbolçusunu transfer etdi
-
Bakının bu küçəsində su dayanmadan axır - Sakinlər narazıdır
-
Kəmalə Günəşli: "Ərim birini deyirsə, beşini deyirəm, sözlə "döyürəm""
-
Azərbaycan iqtisadi baxımdan çox maraqlı perspektivlər təqdim edir - Almaniya Kansleri
-
Prezident İlham Əliyev: Azərbaycanın Almaniyaya ixracının əsas hissəsini xam neft təşkil edir





