İstanbulda Azərbaycan dövlətinə növbəti dəstək mitinqi keçirilib
İstanbulun Bağçılar rayonundakı Dostluq Parkında ölkəmizə dəstək mitinqi keçirilib. Tədbir Türkiyədə fəaliyyət göstərən Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzinin (Hazarfem dərnəyi) təşkilatçılığı ilə baş tutub.
Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, mitinqə Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Hüseynova, Bağçılar bələdiyyəsinin, müxtəlif təşkilatların rəhbərləri qatılıblar. Tədbirdə Hazarfem dərnəyinin sədri Nuran Acar, Baş konsul Nərminə Hüseynova və başqaları çıxış ediblər. Azərbaycan dövlətinin qətiyyətli, haqlı və ədalətli mövqeyi nəticəsində küncə sıxışdırılan işğalçı Ermənistanın ölkəmizin müharibə zonasından uzaqda yerləşən şəhər və rayonlarını, mülki yaşayış məntəqələrini və obyektlərini raket zərbələrinə məruz qoyması kəskin şəkildə pislənilib. Ermənistanın siyasi rəhbərliyinin yol verdiyi hərbi cinayətlərə görə beynəlxalq məhkəmə qarşısında cavab verməsinin vacibliyi vurğulanıb.
Müzəffər Azərbaycan ordusunun torpaqlarımızı erməni işğalından azad edəcəyinə inam və əminlik ifadə edilib, "Qarabağ Azərbaycandır!" və digər şüarlar səsləndirilib.
Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı, şəhidlərimizin şəkillərinin nümayiş olunduğu tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan hərbçilərimizin ruhuna dualar oxunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tramp 1000 nəfərlə Türkiyəyə gəlir: Limuzinini, helikopterini də gətirəcək
-
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib - (Foto) (Video)
-
Ursula Fon der Lyayenin Azərbaycana səfəri başa çatıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında Avropa Komissiyasının Prezidenti ilə görüşdən görüntülər paylaşılıb (Video)
-
İlham Əliyevlə Ursula fon der Lyayenin səmimi söhbəti (Video)
-
Lyayen: Müfəssəl əməkdaşlıq sazişi üzərində işlərimizi davam etdiririk (Video)
XƏBƏR LENTİ
-
Tramp 1000 nəfərlə Türkiyəyə gəlir: Limuzinini, helikopterini də gətirəcək
-
Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu
-
Bakının mərkəzində 2 yol bağlanacaq
-
Nazilə Səfərli evində filippinli qadın işlədir
-
“Obsessiya” – dünya kinoprokatında böyük uğur qazanan film yalnız CineMastercard-da - (Video)
-
DÇ-2026: Avropa təmsilçiləri meydana çıxacaq
-
Sabah bəzi rayonlarda hava qeyri-sabit olacaq: Dolu və şimşək xəbərdarlığı
-
Bakıda eskalatorlar və bəzi liftlər yenilənəcək
-
Qızıl almaq istəyənlərin diqqətinə!
-
Leyla Əliyeva Yevlaxda Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin regional bölməsinin açılışında iştirak edib - (Foto)
-
Xamenei burada dəfn olunacaq - (Video)
-
Gəncədə 29 yaşlı gənc bıçaqlandı
-
Nail Kəmərlinin yeni iş yeri bəlli oldu
-
Kiyevdə matəm elan edildi
-
Sandro Tonalinin yeni klubu bəlli oldu
-
Bakının 4 rayonunda su kəsintisi olacaq
-
Xameneyinin tabutunun ilk görüntüsü - (Foto)
-
FHN avtomobillərini binaların həyətində nizamsız park edənlərə müraciət etdi
-
Ofelya Şabanova: "O qaça-qaça qardaşımın yasına gəldi"
-
10 marşrutun hərəkəti istiqaməti dəyişdirilir
-
Məşhur tiktoker "Arzum" həbs edildi
-
Bakıxanovdakı yaşayış kompleksində yanğın: 4 avtomobilə ziyan dəyib - ( Foto)
-
Puşkinin Hemerdəki abidəsi yoxa çıxdı - Tapan mükafat alacaq - (Foto)
-
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir - (Foto)





