Dünyanın bir sıra tanınmış şair və yazıçıları Prezident İlham Əliyevə məktub ünvanlayıb
Dünyanın bir sıra tanınmış şair və yazıçıları Prezident İlham Əliyevə məktub göndərib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident, ölkənizin üzləşdiyi çətin vəziyyət və ərazi münaqişəsi bütün dünya ictimaiyyəti ilə yanaşı, biz yazıçı və şairləri də narahat edir. Lakin Sizin dərin zəkanız, mükəmməl diplomatik fəaliyyətiniz və xalqınıza olan sevginiz bizim hər birimizi qarşıdakı parlaq günlərə və xoşbəxt gələcəyə ümidləndirir.
Biz - yazıçı və şairlər, əslində, bütün müharibələrin əleyhinəyik, ancaq Sizin vəziyyətiniz bizim hər birimizi düşünməyə vadar edir. Siz başqa ölkənin torpaqları üçün döyüşmürsünüz. Siz ölkənizdə öz torpaqlarınız uğrunda vuruşursunuz.
Dünya siyasətçilərinin bildirdiyinə görə, artıq başqa çıxış yolu qalmayıbmış. Bu vəziyyət bizi inandırır ki, Azərbaycanın və onun xalqının gələcəyi üçün hərəkətə keçmək vaxtıdır.
Azərbaycan dünyaya bir çox uzaqgörən və müdrik insanlar bəxş edib. Ölkəniz xalqınızın mehribanlığı və qonaqpərvərliyi ilə məşhurdur. Biz əminik ki, həmin insanlar öz səbir və şəfqəti ilə nümunə olacaqlar.
Sizi və mehriban xalqınızı ürəkdən dəstəkləyirik".
Məktubu Hindistandan şair, ədəbi tənqidçi Biplab Majee, ABŞ-dan Alban-Amerikan Yazarlar Cəmiyyətinin ilk prezidenti Gjeke Marinaj, Özbəkistandan şair, tərcüməçi Xosiyat Rustam, İtaliyadan teatr tamaşalarının səhnələşdirməsi üzrə beynəlxalq mütəxəssis Rosailba Fantastiko Di Kastron, Rusiyadan Rusiya Yazıçılar Birliyinin həmsədri Vadim Teryoxin, Vyetnamdan Vyetnam Yazarlar Birliyinin üzvü Mai Van Phan, Hindistandan şair, yazıçı, beynəlxalq müsabiqələr laureatı Sovan Bhattaçarya, Makedoniyadan "St. Kliment Ohridski" Universitetinin dosenti Daniela Andonovska-Trajkovska, Türkiyədən Elmi-Ədəbi Əsər Müəllifləri Birliyinin baş direktoru Mehmet Nuri Parmaksız, Koreya Respublikasından şair, tərcüməçi, dosent Sungrye Han, Türkiyədən şair, yazıçı Coskun Karabulut, Böyük Britaniyadan şair Rudolf Marku, İspaniyadan şair, yazıçı və jurnalist Karlos Ernesto Qarsiya, Böyük Britaniyadan Avrasiya Yaradıcılıq Gildiyasının sədri şair Con Farndon göndərib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto/Video)
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Hakan Fidan Azərbaycana gəlir
-
Vuçiç Prezident İlham Əliyevin Serbiya-Azərbaycan münasibətlərinin inkişafındakı rolunu qeyd edib
XƏBƏR LENTİ
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - Yenilənib
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
“Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
-
Tramp: Məğlub İran razılaşma əldə etmək istəyir
-
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib
-
“Kurtlar Vadisi”nin ssenaristləri iki saatdan çox ifadə veriblər
-
Sabah Yasamalda qaz olmayacaq
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
"Barselona"nın ən çox maaş verəcəyi futbolçu - (Foto)
-
"Yeraltı"nda yeni sima - (Foto)
-
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı - Yenilənib
-
Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı” keçirilib - (Foto)
-
"Liverpul" klub tarixinin ən bahalı transferini edir - (Foto)
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib





