BMT, sənin qərarların niyə adi kağızdır?
BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda vəziyyətlə bağlı qapalı formatda müzakirələr keçirib. Məsləhətləşmələrdə Təhlükəsizlik Şurası ölkələrindən 15 diplomat iştirak edib.
BMT TŞ Azərbaycanı və Ermənistanı Dağlııq Qarabağda atəşi dərhal dayandırmağa, təcili olaraq danışıqlara qayıtmağa çağırıb.
Qeyd olunub ki, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsi zonasında genişmiqyaslı hərbi əməliyyatların başlanması barədə xəbərlərdən narahatdır və üzvlər güc tətbiq edilməsini kəskin şəkildə qınayaraq, mülki şəxslər də daxil olmaqla, insan tələfatından təəssüfləndiklərini bəyan ediblər.
Bunu TŞ-nin sentyabr ayındakı sədri, Nigerin BMT-dəki daimi nümayəndəsi Əbdu Abarri bu gecə keçirilmiş qapalı müzakiirələrdən sonra deyib.
"BMT TŞ-nin üzvləri baş katibin hərbi əməliyyatları dərhal dayandırmaq, gərginliyi azaltmaq və təxirə salmadan danışıqlara qayıtmaqla bağlı baş katibin münaqişə tərəflərinə ünvanlanmış müraciətini dəstəkləyirlər", - Abarri deyib.
Qeyd edək ki, görüş təşəbbüsü ilə bir sıra Avropa ölkələri çıxış edib. Məsləhətləşmələrdə Təhlükəsizlik Şurası ölkələrindən 15 diplomat iştirak edib.
Reallıq nədir?

Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətində münaqişə başlayan vaxta qədər azərbaycanlı və erməni əhalinin nisbəti 25-in 75-ə idi. Qarabağ münaqişəsi nəticəsində Dağlıq Qarabağın və ətraf 7 rayonun bütün azərbaycanlı əhalisi qovulub.
Aşkar etnik təmizləmə həyata keçirilib və bu gün də işğal olunmuş ərazilərdə azərbaycanlı əhali yoxdur. Həmin ərazilərin böyük hissəsi yandırılmış torpaqlar, dağıdılmış evlər, məktəblər və ictimai obyektlərdən ibarətdir.
BMT-nin Təhlükəsizlik Şurası 4 qətnamə, o cümlədən Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə qəbul edib ki, onlar da 25 ildən artıqdır yerinə yetirilmirlər.
Qətnamənin qəbulu əsas məsələ deyil: önəmli olan həmin qətnamədəki şərtlərin və tələblərin gerçəkləşdirilməsidir. BMT-nin işğalçı Ermənistanla bağlı qərarlarının icrasına gəldikdə isə, onlar total sıfır səfiyyəsindədir.
Təhlükəsizlik Şurasının Ermənistanla bağlı qəbul etdiyi qərarlar yerinə yetirilmirsə, bu qurumun səmərəliliyi ilə bağlı çoxlu sual doğur. Qətnamələrin icrasının seçmə mahiyyəti Azərbaycanı narahat edir. Bəzən onlar gün ərzində həyata keçirilir, bəzən müəyyən hərbi əməliyyatlar üçün, ümumiyyətlə, tələb olunmur. Bizim vəziyyətimizdə qətnamələr kağız üzərində qalır.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli bütün dünya tərəfindən qəbul edilmiş BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktına uyğun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır.
BMT üçün ciddi problem müxtəlif regionlarda müşahidə edilən münaqişələrin ədalətli həllinə nail olma çətinliyidir. Buna misal olaraq, Cənubi Qafqazda, Şərqi Avropada, Afrikanın bir sıra bölgələrində, Uzaq Şərqdə mövcud olan münaqişələri göstərə bilərik. Onlardan biri - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi uzun illərdir həll edilməmiş qalır. Baxmayaraq ki, BMT TŞ bununla bağlı 4 qətnamə qəbul edib, onlar hələ də reallaşmayıb. Həmin sənədlərdə birmənalı göstərilir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməlidir. Lakin bu baş vermir.
BMT Təhlükəsizlik Şurası ilk dəfə Qarabağ məsələsinə 1993-cü ilin aprelində, Ermənistan silahlı qüvvələrinin silahlı münaqişəni Dağlıq Qarabağ hüdudlarından kənara çıxararaq Kəlbəcər rayonunu işğal etməsindən sonra müdaxilə etmişdi.
Ermənistan hökumətini Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun erməniləri tərəfindən 822 (1993), 853 (1993) və 874 (1993) saylı qətnamələrə riayət edilməsinə nail olmaq məqsədilə öz nüfuzundan istifadə etməyə və hərbi kampaniyanı genişləndirmək üçün lazımi vasitələrin münaqişəyə cəlb olunan qüvvələrə verilməməsini təmin etməyə çağıran BMT-ni ermənilər eşidibmi?
Yox.

İlk Qarabağ savaşından bəri Ermənistan BMT Təhlükəsizlik Şurasına və onun qətnamələrinə tüpürmək belə istəmir.
İrəvan indi də BMT TŞ-ni eyninə alan deyil.
Ona görə də BMT-nin ermənilərə ünvanlanmış çağırışları, müraciətləri mənasızdır.
Azərbaycan ərazilərinin bir qismini işğal etmiş Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır.
Dərhal, təxirə salınmadan.
Qətnamələrin yazıldığı kağızları isə BMT TŞ özünə saxlasın.
O qətnamələr işləmir.
Elçin Alıoğlu
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
XƏBƏR LENTİ
-
Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
-
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi
-
Sinoptikdən anomal isti qış xəbərdarlığı





