Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində qaynar xətt fəaliyyətə başlayıb
Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində qaynar xətt fəaliyyətə başlayıb.
Azərbaycana qarşı Ermənistan tərəfindən başlanan genişmiqyaslı hücumun ilk saatlarından Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin bütün hərbi tibbi personalı gücləndirilmiş iş rejimində fasiləsiz tibbi xidmət göstərir. Döyüşlər gedən bütün istiqamətlərdə mobil səhra cərrahiyə hospitalları fəaliyyətdədir və tibb müəssisələri peşəkar həkim kadrları ilə tam komplektləşdirilib. Hərbi tibb müəssisələrinə daxil olan yaralılar arasında həyatını itirən hərbi qulluqçumuz yoxdur. Bütün imkanlarımız səfərbər olunub və yaralı hərbi qulluqçuların tezliklə müalicə olunaraq öz sağlamlıqlarına qovuşmaları üçün hərbi tibb personalı var qüvvəsi ilə çalışır. Azərbaycan Ordusunda tibbi təminat, təchizat və qan komponentləri ehtiyatları ilə bağlı heç bir problem yoxdur. Ordumuzun qan və qan komponentlərinə olan tələbatı Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Qan Bankı bölməsi tərəfindən tam təmin edilir və hərbi tibb müəssisələrində bütün qan qruplarından ehtiyatlar mövcuddur. Bildiririk ki, hərbi qulluqçuların valideynlərini narahat edən məsələlərlə bağlı müraciətləri qəbul etmək məqsədilə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin nəzdində sutka ərzində fasiləsiz fəaliyyət göstərən qaynar telefon xətti açılıb. Vətəndaşlar (012) 406-41-51, (012) 406-41-91, (012) 406-42-72, (012) 406-44-63 nömrəli telefonlara zəng edərək onları maraqlandıran suallarla bağlı müraciət edə bilərlər. Eyni zamanda vətəndaşlardan telefon xətlərinin həddən artıq yüklənməməsi və normal qaydada fəaliyyət göstərməsi məqsədilə ehtiyac olmadığı halda zəng etməmələrini xahiş edirik.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyev: Bu gün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi
-
Azərbaycan Prezidenti: Müstəqillik Günü hər birimiz üçün çox əzizdir
-
Prezident: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir
-
İlham Əliyev: Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir
-
Prezident Xankəndidə Zəfər tağının önünə gül dəstələri düzüb - FOTO
-
Böyük Britaniyanın yeni səfiri Azərbaycanı təbrik edib
XƏBƏR LENTİ
-
İlk dəfə oğlunun üzünü GÖSTƏRDİ - FOTOlar
-
Hər gün ət yemək zərərlidir? - ARAŞDIRMA
-
“25 il işlədim, artıq BƏSDİR”
-
7-ci əməliyyatından sonra xəstəxanadan FOTOsunu yaydı
-
Yer kürəsinin fırlanması rekord dərəcədə yavaşladı
-
"Yəqin Fatimə əsas üzünü evdə qoyub obrazla gelib o EFİRƏ"
-
Yağış və QAR yağacaq, dolu düşəcək, SEL KEÇƏCƏK
-
Çempion "Sabah" hücumçusunu GÖNDƏRDİ - FOTO
-
"Dubayda 1 həftə Röyaya görə yalnız uşaq hovuzunda çimməli olduq ki..."
-
"Ferrari"nin yeni elektromobilini ilk Roma Papası sınaqdan keçirdi - FOTO
-
İlham Əliyev: Bu gün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi
-
Azərbaycan Prezidenti: Müstəqillik Günü hər birimiz üçün çox əzizdir
-
Prezident: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir
-
İlham Əliyev: Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir
-
Azərbaycan millisinə cəlb olunan Kamara ilə bağlı AÇIQLAMA
-
Xalq artisti yeni doğulan nəvəsi ilə - FOTO
-
Millinin düşərgəsinə şəxsi helikopteri ilə GƏLDİ
-
"İbrahim paşa" tanınmaz HALDA - VİDEO
-
Famil Məmmədovun baş direktor statusu TƏSDİQLƏNDİ
-
Prezident Xankəndidə Zəfər tağının önünə gül dəstələri düzüb - FOTO
-
Xalq artisti evindən oğurlanan 311 minlik qızılı və pullardan DANIŞDI
-
Böyük Britaniyanın yeni səfiri Azərbaycanı təbrik edib
-
Xocalıda “Qarabağ Tekstil Evi” MMC istifadəyə verilib - FOTO
-
Rəqsanənin kiçik qızından diqqət çəkən PAYLAŞIM: "Hamı gedəndə belə..."





