Ermənistan rəhbərliyi təklifləri rədd etməklə danışıqları mənasız edir - Araz Əzimov
24 sentyabr 2020-ci il tarixində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad tədbirləri üzrə Müşavirənin (AQEM) üzv dövlətlərinin Xarici İşlər nazirlərinin video-konfrans formatında iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Araz Əzimov iştirak edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Milli.Az-a bildirilib ki, iclasda 2020-2022-ci illər üzrə AQEM-də Sədrliyin Qazaxıstan Respublikasına keçməsi ilə əlaqədar olaraq, bu ölkənin sədrlik proqramı və prioritetləri təqdim edilmiş, Qazaxıstan Respublikasının nümayəndəsi səfir Kayrat Sarıbəyin AQEM-in İcraçı Direktoru vəzifəsinə seçilməsi barəsində qərar qəbul olunub.
İclasda çıxış edən Xarici İşlər nazirinin müavini cənab Araz Əzimov AQEM çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin və üzv dövlətlərin üzləşdiyi hədə və çağırışlarla mübarizə sahəsində təşkilatın effektivliyinin artırılmasının vacibliyini vurğulayıb.
A.Əzimov COVİD-19 pandemiyası ilə mübarizə sahəsində istər milli, istərsə də ikitərəfli və çoxtərəfli formatlarda Azərbaycan Respublikası tərəfindən atılan addımlara toxunaraq, xüsusilə hazırda Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatı çərçivəsində ölkəmizin təşəbbüsü ilə atılan addımların AQEM çərçivəsində bu sahədə əməkdaşlıq üçün yaxşı nümunə təşkil etdiyini diqqətə çatdırıb.
Azərbaycanın regional və trans-regional nəqliyyat infrastrukturunun inkişafı və əlaqəliliyin təşviqinə xüsusi əhəmiyyət verdiyini vurğulayan nazir müavini AQEM çərçivəsində qeyd edilən sahələrdə əməkdaşlığın böyük potensiala malik olduğunu və bu potensialın reallaşdırılması üçün praktiki əməkdaşlıq üçün tədbirlərin davam etdirilməsinin vacib olduğunu bildirib. A.Əzimov bu kontekstdə nəqliyyat və tranzit infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regional təhlükəsizlik və sabitlik üçün ciddi təhdid olduğunu bildirən A.Əzimov, Ermənistanın hazırkı rəhbərliyinin məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirən, münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlara zərbə vuran təxribatçı və təhrikedici fəaliyyətinə və bəyanatlarına diqqəti cəlb edib. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qəsd edən bu davranış və bəyanatları, o cümlədən münaqişənin həlli ilə bağlı irəli sürülən təklifləri nümayişkəranə şəkildə rədd etməsi ilə Ermənistan rəhbərliyinin danışıqları mənasız etdiyini vurğulayıb.
Xarici İşlər nazirinin müavini AQEM-in beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri üzərində qurulduğunu qeyd edərək, bu təməl prinsiplərin pozuntularına qarşı AQEM üzv dövlətlərinin prinsipial mövqe və həmrəylik nümayiş etdirməsinin vacib olduğunu vurğulayıb.
Ermənistanın təcavüzkar siyasətindən əl çəkməsi məqsədilə beynəlxalq ictimaiyyət, o cümlədən AQEM-in üzv dövlətləri tərəfindən zəruri addımlar atılmasının vacib olduğunu bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
Serdar Ortaç vəsiyyətini açıqladı
-
“Elmlər”də axşam saatlarında avtobus böhranı - (Video)
-
Oğuzhan Koç onu konsertindən qovdu - (Video)
-
Abşeronda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"
-
“Turan Tovuz” – “Fənərbağça” oyununun vaxtı açıqlanıb
-
Səhhəti ağırlaşan Firuzə İbadovanın son vəziyyəti açıqlandı
-
“Sabah”ın Bakıdakı oyunlarının bilet qiymətləri açıqlandı - 35-dən 285-ə qədər...
-
Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirilib - (Foto)
-
"Amerikada bir ay konsert verdik, 100 dollar pul verdilər" - Alim Qasımovla müsahibə
-
Federiko Valverde zədələndi
-
“Ana olmaq istəyirəm” - Dakota Conson
-
Nərimanovda binadakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
Xəzərdə zəlzələ olub
-
Ramil Vəlibəyov vəzifəsindən azad olundu
-
Bakıda marketdə arvadını döyən şəxs həbs olundu - (Video)





