Siyasət

Gürcüstan və Azərbaycanın müvafiq qurumları dövlət sərhədinin delimitasiyası məsələsi üzərində işləyir

24 Sentyabr 2020 16:31
Baxış: 637

Gürcüstan və Azərbaycanın müvafiq qurumları dövlət sərhədinin delimitasiyası məsələsi üzərində işləyir.

Milli.Az Trend-ə istianadən bildirir ki, bunu Gürcüstanda səfərdə olan Xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, delimitasiya ilə bağlı növbəti görüş bu ilin martında keçirilməli olsa da, pandemiya ilə əlaqədar təxirə salınmışdı.

Onun sözlərinə görə, bu cür məsələlərin müzakirəsi zamanı mütəxəssislərin sərbəst mühitdə işlmələri üçün müvafiq şərait yaradılmalıdır:

"Hazırda bu istiqamətdə iş gedir, araşdırmılar və müzakirələr aparılır. Bu işi mütəxəssislərin və peşəkarların öhdəsinə buraxmaq lazımdır. İstənilən spekulyasiya və ya siyasi dəyərləndirmələr prosesə mane olur".

Nazir əlavə edib ki, Gürcüstanla Azərbaycan arasında müzakirə və həll edilə bilməyən məsələ mövcud deyil.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.