"Prezident Ermənistana, onun havadarlarına çox ciddi və açıq mesajlar verdi"
Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra yerli televiziyalara müsahibəsi zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistanın yeni müharibəyə hazırlığı və təxribatçı əməlləri ilə bağlı həm Ermənistana, həm də onun havadarlarına çox ciddi və açıq mesajlar verdi.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

Komitə sədri bildirib ki, Ermənistan işğalçı dövlətdir. BMT Təhlükəsizlik Şurasının qətnamələrində də birmənalı şəkildə tələb edilir ki, işğalçı qüvvələr dərhal, qeyd-şərtsiz bu ərazilərdən çıxarılmalıdır:
"Amma Minsk Qrupu həmsədrləri yeni "resept"lər axtarışındadır. Onlar BMT TŞ-nin qətnamələrinin icrasını təmin etməlidirlər. Öz yurd-yuvasından didərgin düşmüş yüz minlərlə məcburi köçkün və bütövlükdə Azərbaycan xalqı onlardan 30 ildir bunu gözləyir. Gözləyirlər ki, susmuş vicdanlar nə zaman danışacaqlar?!
Prezident İlham Əliyev xalqın iradəsini beynəlxalq hüquq normaları əsasında belə ifadə edir: "Biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. Danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm və hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır. Özümüz-özümüzü, xalqımızı aldatmamalıyıq. Danışıqlar getmir. Siyasi cəhətdən bu qüsurlu və ziyanlı bəyanatlar danışıqlar üçün yer qoymur. Bizim bir şərtimiz var, onlar torpaqlarımızdan qeyd-şərtsiz və tam şəkildə çıxmalıdırlar, bu, BMT TŞ-nın qətnamələrində öz əksini tapır".
B.Əliyev vurğulayıb ki, təcavüzkar Ermənistan Azərbaycanı yeni müharibə, yeni əraziləri işğal edəcəyi ilə hədələyir və durmadan silahlanır:
"Hesab edirik ki, Ermənistanın faşist ideologiyalı yeni rəhbərliyi çox ciddi təhlükədir. Onlar nəinki Azərbaycanı, həm də bütün bölgəni təhdid edirlər. Ona görə də təcavüzkar Ermənistanın növbəti soyqrımlar törətməsinə qətiyyən imkan vermək olmaz. Təcavüzkar Ermənistan BMT TŞ-nin qətnamələrinə uyğun olaraq beynəlxalq ictimaiyyətin dəstəyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən vaxtında susdurulmalı, ərazilərimiz işğaldan tam azad edilməli, bölgədə sülh və tərəqqi təmin edilməlidir.
Ermənistan unutmamalıdır ki, Azərbaycan heç zaman torpaqlarının işğal altında qalması ilə razılaşmayacaq. Azərbaycan mütləq öz ərazi bütövlüyünü bərpa edəcək və işğal edilmiş ərazilərimizi erməni terrorçularından təmizləyəcək. Cənab Prezident İlham Əliyev bununla bağlı çox açıq mesaj verərək bəyan etdi ki, "biz mütləq öz torpaqlarımıza qayıdacağıq. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Qədim, tarixi torpaqlarımıza mütləq qayıdacağıq".
Ermənistan bu mesajdan nəticə çıxarmalıdır, əks halda onu ağır nəticələr gözləyir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
XƏBƏR LENTİ
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
-
Prezident İlham Əliyev: Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq
-
Prezident İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
-
Prezident İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
-
Bu gün "Formula 1"in qalibi bəlli olacaq
-
Prezident İlham Əliyev: Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir
-
Prezident İlham Əliyev: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var
-
Prezident İlham Əliyev: Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər
-
Pezeşkian Tramp ilə görüşün şərtini açıqladı
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Foto)
-
Azərbaycanda vulkan püskürdü
-
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
-
Mandarin alarkən mütləq bu işarəyə baxın: Şirin və şirəli olanı belə bilinir
-
Bu 3 tarixdə doğulanların payızda həyatı dəyişəcək
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş





