"Ermənistanın indiki rəhbərliyi məsuliyyət dərk etmir"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində Azərbaycan televiziyalarına müsahibəsi zamanı Ermənistan- Azərbaycan münaqişəsi ilə bağlı fikirləri, münaqişənin indiyə qədər həll olunmamasında qaranlıq məqamlar axtaran bütün tərəflərin suallarına tutarlı cavabdır. Azərbaycan Prezidentinin bütün həqiqətləri söyləməsi rəsmi Bakının şəffaf və xalqdan heç bir gizli siyasət aparmadığını bir daha sübut etdi
Milli.Az bildirir ki, bu fikirləri KİV-ə açıqlamasında Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev deyib.
İcma rəhbəri bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin indiyə qədər həll olunmamasında başlıca səbəb Ermənistanda hakimiyyətdə olan şəxslərin riyakarlığı, yalançılığı və ikiüzlü olmalarıdır: "Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsində münaqişə ilə bağlı bütün suallara cavablar var. Ermənistanda sonuncu hakimiyyət dəyişikliyindən sonra münaqişənin həlli ilə bağlı müəyyən ümidlər yaranmışdı. Paşinyan hökumət başçısı olandan sonra özündən əvvəlki hakimiyyətlərin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səhv siyasətini tənqid etməsi, münasibətlərdə yeni yanaşma siyasəti ilə bağlı mesajlar, təkcə Azərbaycanda yox həmçinin münaqişənin həllində vasitəçilik missiyası həyata keçirən ATƏT-in Misk qrupunda da yeni ümidlərə səbəb olmuşdu. Biz çox keçmədi ki, bunu əksini gördük. Münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda irəliləyişin olmaması, cəbhə xəttində baş verən erməni təxribatları Nikol Paşinyanın da sələflərinin yolu ilə getdiyini göstərdi. Hesab edirəm ki, Paşinyan sələfləri kimi, riyakar, yalançı olmasaydı, ən əsası verdiyi sözün üstündə dayansaydı bu gün münaqişənin həlli ilə bağlı tam başqa bir mənzərənin şahidi olacağdıq. Ermənistanın indiki rəhbərliyi bu məsuliyyəti dərk etmir".
Tural Gəncəliyev qeyd edib ki, bu gün Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqlar aparılmır: "Rəsmi Bakı bəyan edib ki, Azərbaycan imitasiya naminə danışıqlarda iştirak etməyəcək və Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq niyyətində deyil. Ermənistan rəhbəri danışıqlar prosesini pozub. Onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir".
İcma rəhbəri Azərbaycanın işğal olunmuş ərazilərində islam mədəni irsimizə qarşı təhqiramız münasibət fonunda bəzi İslam ölkələrinin rəsmi Yerevana sərgilədiyi isti münasibətə də toxunub: "Biz Şuşada, Ağdamda və digər ərazilərimizdə məscidlərimizlə bağlı arzuolunmaz halların şahidi olmuşuq. Şuşanın 17 məhəlləsində 17 məscid olub. Bu gün Yuxarı Gövhər Ağa məscidindən başqa bütün məscidlər dağıdılıb. Yuxarı Gövhər Ağa məscidi də fars mədəniyyət mərkəzi kimi təqdim olunur. İşğal altında olan digər ərazilərimizdə olan məscidlərimiz də yerlə bir edilib. Bütün bunların fonunda islam ölkələrinin Yeravana isti münasibəti suallar doğurur. Əgər bu ölkələr islam dəyərlərinə sadiqdilərsə və islam dəyərlərinin qorunmasında səmimidirlərsə onda Qarabağda mövcud olmuş onlarla məscidin dağıdılmasına niyə səssiz qalırlar?"
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan-Afrika münasibətlərində yeni mərhələ başlayıb - (Foto)
-
IV Bakı Təhlükəsizlik Forumu keçirilib - (Yenilənib/Foto)
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
-
Vizasız səyahət Çin və Azərbaycan arasında əlaqələri gücləndirir - səfir
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
XƏBƏR LENTİ
-
Ayın 25-də şimşək çaxacaq, dolu düşəcək - Proqnoz
-
Formula 1 Azərbaycan Qran-Prisində ilk sərbəst yürüş başladı
-
Şirvanda 2 kiloqrama yaxın narkotik aşkarlanıb
-
Bu gün axşamdan hava kəskin dəyişir - Xəbərdarlıq
-
Bakıda 62 yaşlı kişi 4-cü mərtəbədən yıxılaraq öldü
-
Nizamidə 48 kombi oğurlayan 4 nəfər saxlanıldı
-
Onlar 20 il vergi ödəməyəcək - Yeni qayda gəlir
-
Türkiyədə güclü zəlzələ oldu
-
Avro əskinasları dəyişdirilir
-
Sərhəddə İrandan gətirilən 111 kiloqram narkotik aşkarlandı
-
Pakistan Əfqanıstana zərbələr endirdi
-
Qəbələdə narkotik təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı
-
Zelenski üçtərəfli görüşdən danışdı
-
Azərbaycan-Afrika münasibətlərində yeni mərhələ başlayıb - (Foto)
-
Bakıda studio mənzillər bahalaşır - Qiymətlər
-
Azərbaycanda zəlzələ oldu
-
Naomi Kempbell Bakıda - (Video)
-
Ronaldu karyerasını bitirəcəyi tarixdən danışdı
-
Bəzi məhsulların əkininə subsidiya limiti qoyulacaq
-
34 il sonra Xocalıya qayıtdı - Çingiz Mustafayevin kadrlarında olan Ləfxanım - (Video)
-
"Formula-2": Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatdı - Yenilənib
-
Süni intellekt ilk dəfə dövlət sisteminə hücum etdi - Avstraliyada araşdırma başladıldı
-
Bütün müavinət və sosial yardımlar bu tarixdə ödəniləcək
-
Polis bir gündə 48 cinayəti açdı - 124 nəfər saxlanıldı





