"Korrupsiyaya qarşı mübarizədə Azərbaycan Prezidenti daha qətiyyətli görünür"
Bütün dönəmlərdə cənab Prezident İlham Əliyev korrupsiyanın önündə olub və korrupsiyaya qarşı bu mübarizə Azərbaycan dövlətinin priaritetlərindən biridir.
Bunu Milli.Az-a açıqlamasında Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov deyib.
Sədr müavini bildirib ki, korrupsiyaya qarşı mübarizə komissiyasının yeni tərkibi korrupsiyaya qarşı mübarizədə öz töhfəsini verəcək:
"Son dövürlər xüsusilə Azərbaycanda aparılan sosial, iqtisadi, siyasi islahatlar fonunda korrupsiyaya qarşı mübarizənin daha da genişlənməsinin şahidi oluruq. Xüsusilə də qeyd edə bilərik ki, 2018-ci ilin prezident seçkilərindən sonra cənab Prezident bu məsələdə daha qətiyyətli davranır və korrupsiyaya qarşı mübarizədə Azərbaycan ictimaiyyətindən, ictimai fəallardan, mətbuat nümayəndələrindən ona yardımçı olmağı tələb edir, xahiş edir. Biz də ictimi-siyasi şəxslər bu məsələdə daim Azərbaycan dövlətinə, eyni zamanda cənab Preizdentə dəstək verməyə hazırıq. Son günlər korrupsiyaya qarşı mübarizə komissiyasının yeni tərkibi təsdiqləndi və burada biz xüsusi olaraq yeni simaları görürük. Bunun da gələcəkdə korrupsiyaya qarşı mübarizədə öz töhfəsini verəcəyinə inanırıq. Son dövrlər Administrasiyanın rəhbərliyində olan dəyişikliklər, Administrasiya rəhbərliyinə yeni şəxslərin gətirilməsi bu məsələdə də özünün töhfələrini verməkdədir".
A.Abdulkərimov qeyd edib ki, korrupsiyaya qarşı mübarizədə gələcəkdə Azərbaycanın məhkəmə-hüquq sistemində də təkmilləşdirmələr olmalıdır:
"Korrupsiyaya qarşı mübarizə komissiyasının rəhbərliyinə hörmətli Samir Nuriyevin təyin olunması və yeni seçilmiş millət vəkillərindən də bu komissiyanın tərkibinə salınması bizə əsas verir deyək ki, korrupsiyaya qarşı mübarizədə Azərbaycan Prezidenti daha qətiyyətli görünür. Düşünürük ki, bundan sonra da bu mübarizə davam etdiriləcəkdir. Korrupsiya çox ciddi bir bəladır və hətta dünyanın çox inkişaf etmiş ölkələrində belə bu hallarla rastlaşılır. Düşünürəm ki, korrupsiyaya qarşı mübarizədə gələcəkdə Azərbaycanın məhkəmə-hüquq sistemində də təkmilləşdirmələr olmalıdır. Məhkəmə sistemi azad fəaliyyət göstərəndən sonra burada həm sahibkarlara qarşı olan məsələdə, həm vergi sisteminin daha da inkişaf etdirilməsində məhkəmə sisteminin də çox vacib rolu var və bildiyiniz kimi, gözləniləndir ki, məhkəmə-hüquq sistemində də çox ciddi islahatlar aparılacaqdır və bu islahatlardan sonra da məhkəmə sisteminin yenilənməsi, hüquq sisteminin daha da inkişaf etdirilməsi də korrupsiyaya qarşı mübarizədə öz sözünü deyəcək".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
ABŞ-dən qayıdan Pezeşkiandan ilk açıqlama
XƏBƏR LENTİ
-
Türkiyədə 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü
-
Ağcabədidə qəzada ölən qardaşların Fotosu
-
UEFA Millətlər Liqası: Emreli hesabı bərabərləşdirdi - Yenilənib
-
Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı
-
UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilir
-
53 yaşlı türk müğənni tanınmaz halda (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Azərbaycana milyardlarla dollar gələcək - Ekspert açıqladı
-
"Fənərbağça"nın 100 milyonlarla dollar borcu var
-
Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi – Son halı - (Foto)
-
Xalq artisti şəhid qardaşı oğlunu yad etdi - (Fotolar)
-
Öz üzüyünün qiyməti 1 milyon dollar: Ronaldonun Corcinasının üzüyünü görəndən sonra...
-
Roberto Karlos milyonlarlarını itirdi
-
Lavrov: Türkiyə bilir ki, bizim razılığımız olmadan S-400-ləri heç kimə verə bilməz
-
Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi - (Foto)
-
Ceyran Haşımovanın səhhəti pişləşdi
-
Rusiya "Ölü əl"i işə saldı: Dünyanı məhv edəcək sistem...
-
Bir uşağın ahı bütün Türkiyəni ayağa qaldırdı - (Video)
-
Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi - (Foto)
-
Formula 1-ə görə bağlanan yollar açıldı
-
27 Sentyabr – şəhidlərin xatirəsinə ehtiram, Zəfərə gedən yolun başlanğıcı
-
Kenquru dönəri hazırladı: Sosial şəbəkədə gündəm olan Video
-
ABŞ və Çindən 30 milyardlıq razılaşma
-
Türkiyədə siqaretə ömürlük qadağa – Qaydalar belə olacaq





