"Korrupsiyaya qarşı mübarizədə Azərbaycan Prezidenti daha qətiyyətli görünür"

18 Sentyabr 2020 14:13

Bütün dönəmlərdə cənab Prezident İlham Əliyev korrupsiyanın önündə olub və korrupsiyaya qarşı bu mübarizə Azərbaycan dövlətinin priaritetlərindən biridir.

Bunu Milli.Az-a açıqlamasında Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov deyib.

Sədr müavini bildirib ki, korrupsiyaya qarşı mübarizə komissiyasının yeni tərkibi korrupsiyaya qarşı mübarizədə öz töhfəsini verəcək:

"Son dövürlər xüsusilə Azərbaycanda aparılan sosial, iqtisadi, siyasi islahatlar fonunda korrupsiyaya qarşı mübarizənin daha da genişlənməsinin şahidi oluruq. Xüsusilə də qeyd edə bilərik ki, 2018-ci ilin prezident seçkilərindən sonra cənab Prezident bu məsələdə daha qətiyyətli davranır və korrupsiyaya qarşı mübarizədə Azərbaycan ictimaiyyətindən, ictimai fəallardan, mətbuat nümayəndələrindən ona yardımçı olmağı tələb edir, xahiş edir. Biz də ictimi-siyasi şəxslər bu məsələdə daim Azərbaycan dövlətinə, eyni zamanda cənab Preizdentə dəstək verməyə hazırıq. Son günlər korrupsiyaya qarşı mübarizə komissiyasının yeni tərkibi təsdiqləndi və burada biz xüsusi olaraq yeni simaları görürük. Bunun da gələcəkdə korrupsiyaya qarşı mübarizədə öz töhfəsini verəcəyinə inanırıq. Son dövrlər Administrasiyanın rəhbərliyində olan dəyişikliklər, Administrasiya rəhbərliyinə yeni şəxslərin gətirilməsi bu məsələdə də özünün töhfələrini verməkdədir".

A.Abdulkərimov qeyd edib ki, korrupsiyaya qarşı mübarizədə gələcəkdə Azərbaycanın məhkəmə-hüquq sistemində də təkmilləşdirmələr olmalıdır:

"Korrupsiyaya qarşı mübarizə komissiyasının rəhbərliyinə hörmətli Samir Nuriyevin təyin olunması və yeni seçilmiş millət vəkillərindən də bu komissiyanın tərkibinə salınması bizə əsas verir deyək ki, korrupsiyaya qarşı mübarizədə Azərbaycan Prezidenti daha qətiyyətli görünür. Düşünürük ki, bundan sonra da bu mübarizə davam etdiriləcəkdir. Korrupsiya çox ciddi bir bəladır və hətta dünyanın çox inkişaf etmiş ölkələrində belə bu hallarla rastlaşılır. Düşünürəm ki, korrupsiyaya qarşı mübarizədə gələcəkdə Azərbaycanın məhkəmə-hüquq sistemində də təkmilləşdirmələr olmalıdır. Məhkəmə sistemi azad fəaliyyət göstərəndən sonra burada həm sahibkarlara qarşı olan məsələdə, həm vergi sisteminin daha da inkişaf etdirilməsində məhkəmə sisteminin də çox vacib rolu var və bildiyiniz kimi, gözləniləndir ki, məhkəmə-hüquq sistemində də çox ciddi islahatlar aparılacaqdır və bu islahatlardan sonra da məhkəmə sisteminin yenilənməsi, hüquq sisteminin daha da inkişaf etdirilməsi də korrupsiyaya qarşı mübarizədə öz sözünü deyəcək".

Təhməz Əsədov
Milli.Az