"İsraildə Azərbaycan Evi"nin rəhbəri Akko şəhər meriyasının təşəkkürnaməsinə layiq görülüb
İsrailin Akko şəhərində fəaliyyət göstərən "İsraildə Azərbaycan Evi"nin rəhbəri Nexemiya Şirin Mixaeli şəhər meriyasının təşəkkürnaməsinə layiq görülüb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, təşəkkürnamənin təqdim olunması zamanı Akko şəhərinin meri Şimon Lankri bildirib ki, Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri cəmiyyətə bəxş etdiyi töhfələrə görə mükafatlandırılıb. "Nexemiya Şirin Mixaeli və Qafqaz Yəhudiləri Birliyinin sədri Pavel Yelizarov kimi milli səviyyəli liderlər sayəsində Azərbaycan Dağ Yəhudiləri İcması günü-gündən güclənir", - deyə mer vurğulayıb.
Tədbirdə çıxış edən Nexemiya Şirin Mixaeli və Pavel Yelizarov fəaliyyətlərinə verilən yüksək qiymətə görə şəhər meriyasına minnətdarlıqlarını bildiriblər. Onlar Azərbaycan Dağ Yəhudiləri İcması ilə meriya arasındakı əməkdaşlıq əlaqələrindən məmnun olduqlarını qeyd edərək, gələcək planlarından bəhs ediblər.
Görüşün sonunda Nexemiya Şirin Mixaeliyə təşəkkürnamə və gül dəstəsi təqdim olunub, şəhər meri ilə xatirə şəkli çəkilib.
Qeyd edək ki, İsrailin Akko şəhərinin meri Şimon Lankri Azərbaycanda səfərdə olub. İsrailin ölkədəki 20 minlik yəhudi icmasına səmimi münasibətdə Azərbaycan rəhbərliyinin rolunu yüksək qiymətləndirdiyini, Azərbaycanın əsl sivilizasiyalararası və dinlərarası dialoq nümunəsi olduğunu nəzərə çatdıran mer Dağlıq Qarabağ münaqişəsində Azərbaycan xalqının tərəfində olduğunu bəyan edib. Şimon Lankri bu mövqeyini Ermənistanın 12 iyul hərbi təxribatları zamanı da bir daha diqqətə çatdırıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanla bağlı bəyanat qəbul edilib
-
Bu ölkə liderləri Ermənistanda referendum keçirilməsini dəstəkləyiblər
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Maldiv Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb
-
Asəf Hacıyev "Şöhrət" ordeni ilə təltif edildi
-
Zelenskinin Trampa məktubu CAVABSIZ QALDI
XƏBƏR LENTİ
-
Bu mürəbbələr şəfa qaynağıdır
-
Gündə 2 yumurta yesək bədənimizdə nə baş verər?
-
Alimlər insan bədənində gizlənmiş üçüncü gözü aşkar etdilər
-
İnsan üçün adi su, yoxsa mineral qazlı su xeyirlidir?
-
Bunu mütləq yoxlayın - Kababın dadına doymayacaqsınız
-
Banan qabığının faydaları: evdə istifadə etməyin 10 üsulu
-
Yay mövsümünün ən dəbli kombinləri
-
İdeal yuxu vaxtına diqqət edin
-
Putin Ermənistana xəbərdarlıq etdi
-
Külək paytaxtda fəsadlara səbəb oldu - FOTO
-
Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yoluna ağac aşdı
-
Dünyanın ən bahalı futbol klublarının reytinqi açıqlandı
-
Azərbaycanda məktəb direktoru vəfat edib
-
Küləyin sürəti güclənib, bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
-
Türkiyədə 110 nəfəri daşıyan tur gəmisi batdı
-
Milyonlarla izləyicisi olan iti oğurlayıb yedilər
-
“Uzak Şehir”in ulduzları arasında gizli münasibət ortaya çıxdı
-
Instagrama pullu abunəlik Rusiyada ekstremistlik sayılacaq
-
Mingəçevirdə külək ağacları aşırdı, yollar bağlandı
-
Ukraynada azərbaycanlı meri bıçaqlayan TUTULDU
-
Tramp İrandan tələblərini açıqladı
-
ÇL-in finalı olan şəhərdə Nərimanın forması sərgiləndi - FOTO
-
341 il sonra tarixi qərar – insanı mal hesab edən qanun ləğv olundu
-
COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi





