Siyasət

Özünüməşğulluq proqramının icra vəziyyəti necədir? – “Hədəf”də suallara aydınlıq gətirildi

17 Sentyabr 2020 22:39
Baxış: 788

Aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən siyasətdən biri də özünüməşğulluğun artırılmasıdır. Özünüməşğulluq proqramı Azərbaycanda artıq 4 ildən çoxdur ki, icra olunmaqdadır. Proqramın əsas üstünlüyü ondan ibarətdir ki, ailələr dövlətdən dəstək almaqla öz ailə büdcələrini dayanıqlı şəkildə təmin edə bilirlər.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Televiziyasının (AzTV) "Hədəf" proqramında özünüməşğulluq proqramının icra vəziyyəti, aztəminatlı ailələrin sosial durumunun yaxşılaşdırılmasında sözügedən proqramın rolu müzakirəyə çıxarılıb. Verilişin qonaqları, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, Banklar Assosiasiyasının sədri Zakir Nuriyev və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov mövzu ətrafında məsələ ilə bağlı ətraflı məlumat veriblər, görülən işlərdən danışıblar. Qeyd olunub ki, özünüməşğulluq proqramı alternativ sosial müdafiə tədbirləri ilə müqayisədə əhəmiyyətli üstünlükləri ilə fərqlənir. Məlumat verilib ki, Dünya Bankı ilə birgə həyata keçirilən layihə çərçivəsində 22 min ailənin özünüməşğulluğu təmin ediləcək.

"Hədəf" proqramına bütöv şəkildə "YouTube" kanalımızdan izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=8VW1bpZ1YU0

 

https://www.instagram.com/aztvresmi/?hl=ru
http://www.aztv.az/az/
https://www.facebook.com/aztvresmi
https://twitter.com/aztvresmi
https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w

İnformasiya dəstəyi - Trend.az

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.