Ermənilər Qarabağa muzdlu döyüşçülər köçürür - FAKTLAR
Ermənistanın xarici ölkələrdən peşəkar muzdlu döyüşçülərin gətirməsi hələ keçmiş prezident S.Sərkisyanın dövründən məlumdur. Belə ki, S.Sərkisyan ilk dəfə Prezident seçkilərinə qatılanda seçicilərlə görüşündəki çıxışlarının birində Suriya və İraqdan 60 min PKK üzvünün Qarabağa gətirəcəyinə söz vermişdi.
Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov deyib.
O qeyd edib ki, lakin bu sayda döyüşçünün gətirilməsindən öncə onların sosial problemlərini həll etmək lazım idi: "Odur ki, keçmiş Hadrut, Əsgəran rayonlarında eləcədə Laçın, Kəlbəcər və Qubadlı ərazilərində qəsəbə tikintilərinə, Şuşa, Xankəndi şəhərlərindəki çoxmərtəbəli yaşayış binalarının təmir edilməsinə start verildi".
Laçın rayonunun Zabux kəndi. Kənddə azərbaycanlıların evləri sökülərək yerində hərbi qəsəbə salınır.

F.İsmayılov vurğulayıb ki, Ermənistan adı çəkilən ölkələrdən PKK üzvlərini və narkotik ticarətçilərini Qarabağda məskunlaşdırmağa başlayıb: "Faktiki olaraq Qarabağda məskunlaşdırılan ermənilərin sayı Qarabağda yaşayan ermənilərin sayından 1,5 dəfə çoxdur. Birinci Qarabağ müharibəsindən sonra Qarabağda ermənilərin sayı 30 min idisə, hal-hazırda onların sayı 70-80 min civarındadır.
Ermənilər işğal altındakı ərazilərimizdə 1992-ci ildən başladıqları süni məskunlaşdırma, beynəlxalq hüququn norma və prinsiplərini, Cenevrə konvensiyasını, müxtəlif beynəlxalq hüquqi sazişlərini qəsdən ayaq altına atırlar.
Son günlər Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə Livandan ermənilərin köçürülüməsi məsələsi araşdırılarkən məlum oldu ki, Qarabağa ermənilərin iddia etdikləri kimi mülki əhali deyil, peşəkar muzdlu döyüşçülər və onların ailələri gətirlib. Bu cür məskunlaşdırılma beynəlxalq hüquqda müharibə cinayəti adlandırılır.
"Respublika Armeniya" saytının verdiyi məlumata görə, Livandan 20 min erməni ailəsinin gətirilməsi planlaşdırılır. Avqustun axırlarında 800 erməni İrəvan vasitəsi ilə Qarabağa gətirilib.
Livandan peşəkar muzdlu döyüşçülərin Qarabağa gətirilməsinə "Hayastan" Umumerməni fondu 312 milyon dollardan çox, Qarabağın erməni icması rəhbərliyi tərəfindən 51,3 min, erməni əsilli amerikalı model Kim Kardaşyan isə 70 milyon dollar vəsait ayırıb. Bu vəsaitlər hesabına Qarabağda məskunlaşdırılan ermənilər Azərbaycan ordusuna qarşı vuruşacaqlar.

Şuşada və Xankəndində onlarla bina təmir edilərək hazır vəziyyətə gətirilmişdir.

Qubadlı rayonu Xanlıq kəndində inşa edilən hərbi qəsəbə

Keçmiş Ağdərə rayonunun Madagiz kəndidə inşa edilən hərbi qəsəbə


Keçmiş Ağdərə rayonunun Talış kəndidə inşa edilən hərbi qəsəbə
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
XƏBƏR LENTİ
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib





