Siyasət

Azərbaycanın Türkiyənin Şərqi Aralıq dənizi ilə bağlı mövqeyini dəstəkləməsi Ankaraya güc verir - Erkan Özoral

15 Sentyabr 2020 10:56
Baxış: 749

Azərbaycanın Türkiyənin Şərqi Aralıq dənizi ilə bağlı mövqeyini dəstəkləməsi Ankaraya güc verir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir deyib ki, Türkiyə Azərbaycanın dəstəyi ilə fəxr edir: "Qardaşlarımızdan gözləntimiz də bu idi. Pis günlərdə, yaxşı günlərdə bir-birimizin yanındayıq. Biz bir millət, iki dövlətik.

Türkiyənin Şərqi Aralıq dənizi ilə bağlı mövqeyi beynəlxalq hüquqa, haqlarımıza və mənfəətlərimizə əsaslanır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.