Siyasət

Piter Teys: Aİ Ermənistanın Dağlıq Qarabağı qanunsuz məskunlaşdırması siyasətinə qarşı dərhal addımlar atmalıdır

12 Sentyabr 2020 13:46
Baxış: 845

Avropa İttifaqı (Aİ) Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionunu qanunsuz məskunlaşdırması siyasətinə qarşı dərhal addımlar atmalıdır.

Milli.Az bildirir ki, bunu Trend-ə amerikalı ekspert Piter Teys deyib.

O bildirib ki, Ermənistan beynəlxalq qanunları və insan haqları üzrə Aİ Konvensiyasını pozur:

"Brüsselin bu məsələ ilə bağlı şübhəli susqunluğu və ikili standartlar nəticəsində Avropanın kənarında sosial-siyasi qeyri-stabillik artır. Bu, faşist Ermənistanının konyak diplomatiyasının arxasında gizlənən avropalı liderlər və Aİ-nin bu təkəbbürlü davranışıdır. Aİ və AŞ PA Ermənistanın bu siyasətinə qarşı dərhal fəaliyyətə keçməlidir".

Ekspert əlavə edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma siyasəti yürütməklə Ermənistan Avropa demokratiyasını və onun institutlarını girov saxlayır:

"Brüssel Ermənistan hakimiyyətinə qarşı iqtisadi sanksiyalar tətbiq etməli, onların bank hesablarını dondurmalıdır. Təhlükəli geosiyasi vəziyyətdə olan Aİ Yerevandakı anarxistlər və faşistlər barəsində zəiflik nümayiş etdirdi və ən narahatedici məqam odur ki, faşist Ermənistanın Azərbaycana qarşı törətiyi cinayətlərə baxmayaraq, status-kvonu müdafiə etməkdə davam edir".

ATƏT Minsk qrupuna gəldikdə isə, P.Teys bildirib ki, o, öz aktuallığını tamamilə itirib, çünki Ermənistanın faşist liderləri tərəfindən münaqişənin qızışdırılmasına mane ola bilmir.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.