Siyasət

Rusiya Müdafiə naziri: Mənim üçün Azərbaycana səfər həmişə fikir mübadiləsi aparmaq üçün yaxşı fürsətdir

25 Avqust 2020 16:06
Baxış: 1 072

Mənim üçün Azərbaycana səfər həmişə fikir mübadiləsi aparmaq və regional təhlükəsizlik məsələlərini, həmçinin bizim hərbi və hərbi-texniki əməkdaşlığımızla bağlı məsələləri müzakirə etmək üçün yaxşı fürsətdir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu avqustun 25-də Prezident İlham Əliyev ilə görüşündə çıxışı zamanı deyib.

Müdafiə naziri Sergey Şoyqu bildirib: "Burada prezidentlərə məruzə etməli, müzakirə olunmalı məsələlər var".

"Dünən Azərbaycan heyəti start götürdü. Biz onu müşahidə edirdik. Heyət heç də pis start götürmədi. Mən tank biatlonunu nəzərdə tuturam. Azərbaycan komandası qalan yarışlarda da kifayət qədər yaxşı çıxış edir. Mən bu komandaya uğurlar arzu edirəm".

"Bizi sevindirməyə bilməz ki, Azərbaycan və onun komandası ənənəvi olaraq Xəzərdə keçirilən yarışlara ev sahibliyi edir. Bu yarışlar həmişə yüksək səviyyədə keçirilir. Ona görə ki, burada ənənəvi qonaqpərvərlik və bu yarışların təşkili, əlbəttə, ən yüksək səviyyədədir".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.