Prezident İlham Əliyev Xalq şairi Fikrət Qocanı təbrik edib
Prezident İlham Əliyev Xalq şairi Fikrət Qocaya təbrik məktubu göndərib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Hörmətli Fikrət Qoca! Sizi - müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 85 illiyiniz münasibətilə təbrik edir, Sizə cansağlığı və müvəffəqiyyətlər arzulayıram.
Siz Azərbaycan ədəbiyyatının parlaq ənənələrindən və dünya poeziyasının nailiyyətlərindən məharətlə bəhrələnərək özünəməxsus ifadə tərzi və dəst-xəttinizlə xalqımızın söz sənəti xəzinəsinə layiqli töhfələr bəxş etmisiniz. Qüvvətli yenilik hissinin hakim olduğu, lirik-fəlsəfi ümumiləşdirmələrlə zəngin poeziyanız ənənə ilə novatorluğun vəhdətinin təcəssümüdür. Dilimizə sevgi və ehtiramla yaratdığınız poetik nümunələrə bəstələnmiş çox sayda mahnılar bu gün də dillər əzbəridir.
Dünyada baş verən hadisələrə həssas şair yanaşmasının ifadəsinə çevrilən yaradıcılığınız daim dərin ictimai məzmun daşımışdır. Azadlıq və istiqlal ideyalarının tərənnümünü həmişə diqqət mərkəzində saxlamağınız, ədəbiyyatımızın yeni nailiyyətlərlə zənginləşməsinə və müasir ədəbi proseslərin azərbaycançılıq məfkurəsi işığında inkişafına yönəlmiş çoxillik səmərəli fəaliyyətiniz təqdirə layiqdir.
Ümidvaram ki, Siz hələ neçə illər bundan sonra da yeni əsərlərinizlə xalqımıza xidmət göstərəcəksiniz".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tramp BMT Baş Assambleyasında Prezident İlham Əliyevdən sitat gətirib
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib - (Foto)
-
Azərbaycan Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımır - XİN
-
Azərbaycan Prezidenti: Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır - (Tam çıxış)
-
İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub
-
Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür
XƏBƏR LENTİ
-
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)
-
Meymun tanınmış yazıçının həyat yoldaşını öldürdü - anbaan (Video)
-
Dambrauskas bölgələrimizə heyran qaldı - (Foto)
-
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
-
“Kızılcık şerbeti”ndə yeni sima - (Foto)
-
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılıb - Yenilənib
-
Bakıdakı universitetlərdə dərslər distant olacaq
-
Xamenei xalqa müraciət etdi
-
Tramp BMT Baş Assambleyasında Prezident İlham Əliyevdən sitat gətirib
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib - (Foto)
-
Erməni idmançı UFC-dən kənarlaşdırıldı
-
"Səni ilk qucağıma aldığım gün sanki dünən idi" - Fatimə Fətəliyeva - (Foto)
-
Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır
-
Gənc istedadlar Fidan Hacıyevanın Beynəlxalq Opera Festivalının əhəmiyyətindən danışıblar - (Foto)
-
DİN işçi axtarır - şərtlər
-
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin iştirakı ilə “Birliyin Gücü - 2026” təliminin açılışı olub - (Foto/Video)
-
Azərbaycan Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımır - XİN
-
Metronun 2 stansiyasında giriş sabahdan ödənişsiz olacaq - müddət açıqlandı - Yenilənib
-
Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
“Beşiktaş”ın ulduzu zədələndi
-
"Evimdən 15 min dollarlıq qızıl oğurlandı"
-
Rusiyada ticarət mərkəzində yanğın: Ölənlər və yaralananalar var - (Video)
-
Azərbaycanda plastik cərrahların sayı artdı





