Siyasət

Azərbaycan domen adlarının milli inzibatçısı müəyyənləşdi

11 Avqust 2020 17:03
Baxış: 937

Prezident İlham Əliyev "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiq edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanunundakı dəyişikliyə əsasən 1.0.20-ci maddə əlavə edilir:

"1.0.20. domen adlarının milli inzibatçısı - "az" ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığını həyata keçirən səlahiyyətli şəxs.".

Aşağıdakı məzmunda 7.10-1-ci maddə əlavə edilir:

"7.10-1. "az" ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının qeydiyyatı və onlara texniki xidmət üzrə ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, domen adlarının milli inzibatçısı tərəfindən müəyyən edilir.".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.