Azərbaycan niyə Livana yardım etdi? - SUALLARA CAVABLAR
"Azərbaycan niyə Livana 1 milyon dollarlıq yardım etdi", "Niyə erməni diasporunun çox nüfuzlu və güclü olduğu, Ermənistanla sıx əlaqələrə malik Livana Bakı yardım etdi?"
Bu və bu kimi suallar artıq neçə gündür sosial şəbəkələrdə refren kimi səslənir.
Sualları cavablamağa çalışaq.
Livan 1991-ci ilin dekabrın 30-da Azərbaycanın dövlət müstəqilliyini tanıyıb.
Livanın xarici işlər və diaspor naziri (artıq sabiq, çünki Livan hökuməti dünən tam tərkiblə istefa verib) Cubran Basil bütün beynəlxalq tədbirlərdə, xüsusilə də BMT-də daim Azərbaycanın mövqelərini müdafiə edib.
Beyrutdakı partlayış məşum olaydı. Orada həlak olanlar və yaralananların, sadəcə, 1 faizi ermənilərdir. Yerdə qalan 99 faiz xristianlar və müsəlmanlardır.
Yaralananlar, həlak olanlar arasında müsəlmanlar total çoxluq təşkil edir.
Humanizm, şəfqət, dar gündə yardım anlayışları var. Azərbaycan livanlı ermənilərə yox, viran qalmış Beyrut sakinlərinə yardım yollayıb.
Bu, yardımın humanitar yönüdür.
Gələk siyasi məqamlara.
Livan kiçik, çox ciddi problemlər içindəki ölkə olsa da, İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının üzvüdür.
Rəsmi Beyrut Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması ilə bağlı indiyədək bir dəfə də olsun (!) rəsmi İrəvanın mövqelərini hər hansı formada təqdir edəcək bəyanat verməyib.
Tam tərsinə, Livan Ermənistanı işğalçı dövlət kimi tanıyır və Livan XİN-nin istisnasız olaraq, bütün bəyanatlarında Azərbaycanın sərhəd toxunulmazlığı, ərazi bütövlüyü və suvereniteti ön plana çəkilib.
Livan ermənilərinin Dağlıq Qarabağa və erməni işğalında olan ərazilərimizə "köç"ü ilə bağlı Ermənistanın bəyanatlarına gəldikdə isə, rəsmi Beyrut bunu qətiyyətlə pisləyib, Ermənistanın siyasi provokasiyası sayıb.
Belədirsə, erməni diasporunun çox güclü olduğu, ölkənin siyasi və ictimai həyatında ciddi rol oynadığı, biznes strukturlarında onillərdən bəri kök salmış şəbəkəyə malik ermənilərin yaşadığı Livana edilmiş 1 milyon dollarlıq yardım Azərbaycanın geosiyasi maraqları, dövlət mənafeləri baxımından hələ azdır.
Bundan başqa, erməni diasporunun azsaylı olmadığı Livanda Azərbaycanın müsbət imici formalaşmalı, ermənilərin bizə qarşı yönəlmiş düşmən təbliğatını zəiflətməliyik.
Daha bir misal: Avropa Birliyində Yunanıstan əksər hallarda Bakını dəstəkləyir.
Əvvəllər Yunanıstanla Azərbaycanın da münasibətləri sərin idi: bəlli məqamlara görə, bilirsiniz. Lakin rəsmi Bakı nəinki bu sərinliyi aradan qaldırmağa, hətta bəzi ciddi məsələlərdə Afinanın müttəfiq kimi davranmasına nail oldu.
Yəhudi diasporundan sonra ikinci güclü diasporun məhz yunanlar olduğu ABŞ-da da Senat və Nümayəndələr Palatasındakı önəmli müzakirələrdə yunan kokusu ya Bakının maraqlarını dəstəyləyir, ya da bu maraqlara qarşı çıxmayaraq "sakit durur".
Bakının Afina ilə əlaqələri heç bir halda Ankara ilə "bir millət, iki dövlət" prinsipinə əsaslanan qardaşlıq bağlarına xələl gətirmir. Tam əksinə, Bakı-Afina münasibətlərində Ankara ciddi maraqlıdır ki, bu da ayrı söhbətin mövzusudur.
1 milyon dolları Azərbaycanda xərcləmək, müavinətlərə, sosial yardımlara, vətəndaşlara dəstək proqramlarına yönəltmək olardı?
Bəli, təbii.
Amma beynəlxalq arenada mövqelərini möhkəmlətmək istəyən dövlət belə xərclərə getməlidir.
Və sonda daha bir misal: elə həmin Livan bu il Banqladeşə 2,26 milyon dollarlıq təmənnasız yardım yollayıb.
Livanlılar da narazıdır, "biz hara, Banqladeş hara?" deyirlər, "o pulları viranə qalmış iqtisadiyyatımıza yatıra bilərdik" söyləyirlər.
Beyrut niyə banqladeşlilərə yardım etdi? Çünki Beyrutun geosiyasi maraqları var.
Üstəlik, Beyrutdakı BMT sülhəramlıları arasında banqladeşlilər də az deyil.
Elə limandakı partlayışda da ağır yaralananlar arasında banqladeşli hərbçilər vardı.
Geosiyasətdə romantikaya yer yoxdur.
Romantikaya, gurultulu şüarçılığa qalsaydı, Qırğızıstan hərdaim yanımızda olmalıdır: türkük axı, eyni kökdənik və s.
Amma şəxsən mən, Qırğızıstanın sabiq prezidenti Əsgər Əkəyevin İrəvanda olarkən Sisernakaberdə yollanmasını, orada "qondarma erməni soyqırımı qurbanları"nın xatirəsi önündə baş əyməsini əsla unutmamışam və unudan da deyiləm.
Elçin Alıoğlu
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bişkekdə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri ilə görüşü keçirilir - (Foto-Video)
-
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib - (Video/Foto)
-
Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur
-
Prezident İlham Əliyev Trinidad və Tobaqo Prezidentini təbrik edib
-
Prezident İlham Əliyev Malayziya Kralına məktub ünvanlayıb
-
Prezident İlham Əliyev Sadır Japarovu ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
Milyonlarla izləyicisi olan fenomen Hüseyn Məmmədoğlunun ifasını paylaşdı - (Video)
-
İlk dəfə ağ İber vaşağı belə görüntülənib – (Foto)
-
Azərbaycanlı aktyor əzələlərini nümayiş etdirdi - (Foto)
-
Uşağından öncə itini xilas etdi - (Video)
-
Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsahibə mərhələsi başlayır
-
Bişkekdə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri ilə görüşü keçirilir - (Foto-Video)
-
Xəzərdə gəzinti qayığı qayaya çırpıldı - Ölənlər və yaralananlar var
-
Zaqatalada “Niva” ilə teplovoz toqquşdu – Yaralı var
-
Bu şəxslər pullarını geri ala biləcək - Yenilik
-
Azad edilmiş ərazilərdə bir həftədə 879 mina və PHS aşkarlandı
-
Sentyabrın 1-dən bu marşrutda avtobuslar dəyişdirilir
-
Bakıda yağış yağacaq, temperatur 26 dərəcəyə düşəcək - Proqnoz
-
Bakıda oteldə 60 yaşlı kişi öldü
-
Dani Bolt “Qarabağ”dan getdi
-
Almaniyada maaşını ala bilməyən azərbaycanlı müdirini qaçırmaq istədi - (Video)
-
Sabirabadda narkotik bitki yetişdirən şəxs saxlanılıb
-
Tarkan görünüşünü dəyişdirdi - (Foto)
-
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib - (Video/Foto)
-
Bu qəsəbədə hamı xalat geyinir - Səbəbi təəccübləndirir
-
Sentyabrda hava necə olacaq?
-
“Xark adası darmadağın edilir!” - Trampdan qeyri-adi paylaşım - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur
-
Prezident İlham Əliyev Trinidad və Tobaqo Prezidentini təbrik edib





