Siyasət

Azərbaycan və Türkiyənin parlament sədrləri arasında telefon danışığı olub

3 Avqust 2020 16:57
Baxış: 782

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentop arasında telefon danışığı olub.

Bu barədə Milli.Az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

TBMM Sədrinin təşəbbüsü ilə baş tutan telefon danışığında qardaş ölkənin parlamentinin Spikeri Milli Məclis Sədrini, bütün deputatları və bütövlükdə Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, ölkəmizə sülh və əmin-amanlıq arzulayıb.

Milli Məclis Sədri bu xoş niyyət və diqqəti üçün türkiyəli həmkarına təşəkkürünü ifadə edib, öz növbəsində, Mustafa Şentopu, TBMM-nin bütün üzvlərini və qardaş Türk xalqını Qurban bayramı münasibətilə təbrik edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.