"ABŞ özü daxildə ictimai asayişi qorumaq üçün bu cür addımlara yol verir"
İyulun 28-də ABŞ-ın nüfuzlu "New York Times" qəzetində Nyu York şəhərində nümayişdə iştirak edən insanların mülki geyimdə olan polis qüvvələri tərəfindən naməlum maşınlara güclə oturdularaq qeyri-müəyyən istiqamətə aparılması ilə bağlı məqalə dərc olunub. Məqalədə videogörüntülər də əksini tapıb və bu maşınlar nömrəsiz olub.
Bunu Milli.Az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, iyulun 28-də mülki geyimli polislərin vətəndaşları nömrəsiz maşınlara zorla otuzdurularaq məlum olmayan istiqamətə aparmaları digər bir insidentin üstünü açdı:
"Əslində, son dövrlər biz müşahidə edirik ki, ABŞ-da polis ilə vətəndaşlar arasında münasibətlər heç də ürəkaçan deyil. ABŞ-ın Minneapolis şəhərində qaradərili Corc Floydun polis tərəfindən qətlə yetirilməsindən sonra, ümumiyyətlə, polis ilə vətəndaş arasında böyük ziddiyətlər, qarşıdurmalar var və bu qarşıdurmalar çox acı sonluqla bitdi. Kütləvi nümayişlər keçirildi və cəmiyyətdə polisə qarşı narazılıq fonunda müxtəlif fikirlər səsləndi, qanunvericilikdə dəyişiklilərin olması ilə bağlı təkliflər irəli sürüldü, Qeyri Hökümət Təşkilatları, Kütləvi İnformasiya Vasitələri, hüquq müdafiəçiləri polisin zorakı hərəkətlərini tənqid edən bir sıra çıxışlarla yadda qaldılar.

Digər tərəfdən iyulun 28-də mülki geyimli polislərin vətəndaşları nömrəsiz maşınlara zorla otuzduraraq məlum olmayan istiqamətə aparmaları da digər bir insidentin üstünü açdı. Əslində, ABŞ dünyada demokratiya, insan hüquqlarının carçısıdır və bu ali dəyərlərin təbliğatçısı kimi çıxış edir. Bu meyarlara uyğun olmayan dövlətlər siyahılaşdırılır, daha sonra onlara qarşı sanksiyalar tətbiq olunur və həmin dövlətlər arzuolunmaz dövlətlər siyahısına daxil edilir. Lakin ABŞ özü daxildə ictimai asayişi qorumaq üçün bu cür addımlara yol verir, digər tərəfdən sıravi, dinc vətəndaşlara qarşı bu cür zorakı hərəkətləri həyata keçirir".
Politoloq bildirib ki, ABŞ böyük KİV-lər, QHT-lər, beyin mərkəzləri vasitəsilə bütün dünyaya özünün bu sahədə etalon olmasını nümayiş etdirməyə çalışır:
"ABŞ öz daxili asayişini qorumaq üçün qanunvericilik çərçivəsini aşaraq mülki geyimli polislərdən istifadə etməsinə rəğmən digər dövlətləri bu cür hərəkətlərdə günahlandırır və belə hərəkətlərin yolverilməzliyinə çağırılır, amma bu dəfə ABŞ-ın özü bu cür fəaliyyəti ilə həm də dünyada tanınmış "New York Times" qəzetində çap olunan məqalə ilə hədəfə alındı. ABŞ öz siyasi-iqtisadi niyyətlərini böyük KİV-lər, QHT-lər, beyin mərkəzləri vasitəsilə bütün dünyaya özünün bu sahədə etalon olmasını nümayiş etdirməyə çalışır və bu sahədə təbliğatın həyata keçirilməsi üçün milyardlarla dollar vəsait ayrılır. Lakin, görünür, Corc Floyd hadisəsindən sonra ABŞ özü də ictimai asayişi qorumaq üçün zorakı tədbirlərə əl atmağa məcbur oldu və bu cür hadisələr bundan sonra kütləvi şəkildə təkrarlana bilər".
Təhməz Təkin
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
Bakıda bəy və gəlin toya motosikletlə getdilər – (Video)
-
Tələbələri təhdid edən tələbə ilə bağlı yeni qərar: Universitetə qayıdacaq?
-
İş adamının nəvəsi qonşusunu güllələdi
-
Türkiyədə zəlzələ oldu
-
Azərbaycanlı aparıcı əri ilə fotosunu paylaşdı
-
Bakıda 10 otaqlı yaşayış evində yanğın oldu
-
Paytaxtın 16 küçə və prospektində sıxlıq var
-
Bakının iki rayonunda elektrik enerjisi kəsiləcək
-
Daimi pul çatışmazlığının beyin üçün təhlükəsi sübut edildi
-
Payız gəldi, saçlar tökülməyə başladı - Səbəb
-
İki dəfə aldanmalarına imkan verməyən bürclər
-
"Kastinqlərdə şalvarımı çıxarmağımı istəyirdilər" - Sandra Bullok
-
Sarı yoxsa yaşıl? Bananı bu şəkildə yeyənlər diqqətli olsunlar
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələri kəsdi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)





