Ermənistanın son təxribatları ilə bağlı Londonda dinc aksiya və yürüş keçirilib - FOTO
Böyük Britaniyada yaşayan azərbaycanlı icmanın 300-dək üzvü Ermənistanın Azərbaycana qarşı son təxribatları ilə əlaqədar Londonda dinc aksiya və yürüş keçirib.
Milli.Az Trend-ə istinadən bildirir ki, əvvəlcə BBC-nin London ofisi qarşısında aksiya keçirilib, həmyerlilərimiz səsgücləndiricilərdən istifadə edərək müxtəlif şüarlar ("Yetər!", "Erməni təcavüzünə son!") və Azərbaycanın dövlət himnini səsləndiriblər.
Sonra aksiya iştirakçıları Trafalqar meydanından və Britaniya Baş Nazirinin ofisinin önündən keçərək parlament binasına doğru yürüş edib və yolboyu "Biz sülh istəyirik!", "Biz ədalət istəyirik!", "Qarabağ bizimdir-bizim olacaq!" kimi şüarlar səsləndirib, ermənilərin Los-Ancelesdə azərbaycanlılara qarşı zorakılığına diqqət çəkərək, bu cür zorakı təxribatlara son qoyulmasının vacibliyini vurğulayıblar. Yürüş iştirakçıları Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş rayonlarının adlarını ucadan sadalayıblar.
Həmvətənlərimiz Britaniya parlamentinin qarşısında daha bir aksiya keçirib, Azərbaycan həqiqətlərinə diqqət çəkərək, Ermənistanın təcavüzünə son qoyulmasını tələb ediblər. onlar "Sarı gəlin" mahnısını xorla oxuyublar.
Təhlükəsizliyin təmin edilməsi üçün əraziyə çoxsaylı polis qüvvələri və özəl təhlükəsizlik şirkətinin nümayəndələri cəlb edilib. Yalnız BBC-nin ofisinin qarşısında keçirilən aksiya zamanı Britaniyadakı erməni icması 50 nəfərdən az nümayəndə ilə tədbiri pozmağa çalışsa da, azərbaycanlıların sayca çox olduğunu və ərazidə güclü təhlükəsizlik tədbirlərinin həyata keçirildiyini görərək yürüşə mane olmaqdan, eləcə də parlamentin qarşısındakı aksiyaya gəlməkdən çəkinib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Laçının azad edilməsi tarixi ədalətin təntənəsi idi - Kamaləddin Qafarov
-
Aleksandr Lukaşenko Mehriban Əliyevanı təbrik edib
-
Vladimir Putin Mehriban Əliyevanı təbrik edib
-
Prezident İlham Əliyev “Azərxalça” və “Azəripək”lə bağlı Fərman imzalayıb
-
Zelenski Prezident İlham Əliyevə təşəkkür edib, Azərbaycanın Ukraynaya mövqeyini yüksək qiymətləndirib - (Foto)
-
Bu əməkdaşlıq daha geniş nəqliyyat və logistika sisteminin formalaşmasına xidmət edir - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Diana Əhədpur Fahriye Evcen və Burak Özçivitlə eyni məkanda - (Video)
-
Azərbaycanda maşın almaq istəyənlərin nəzərinə - Bu avtomobillər bahalaşdı
-
Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama
-
Polad Bülbüloğlu evlilik iddiasına aydınlıq gətirdi - (Foto)
-
Kişilər niyə qadınlardan az yaşayır?
-
10-cu siniflər üzrə elektron yerdəyişmə başlayır - Tarix
-
Bakıda bu ünvanlarda minib-düşmə yerləri və taksi duracaqları təşkil olundu
-
Arda Güler komanda yoldaşının "qüruru ilə oynadı" - (Video)
-
Aysun: "Vecimə də deyilsiniz" - (Video)
-
Zelenski İlon Maskı “Azadlıq Ordeni” ilə təltif edib
-
Biləsuvarda 6 kəndin qazı kəsiləcək
-
Prosineçki istefaya göndərildi
-
Oğlu Kamran Ağabalayevi sevindirdi - (Foto)
-
Mussolininin nəticəsi Roma klubunda debüt etdi - (Foto)
-
Qurban Qurbanov: ""Sabah"ı təbrik edirəm, uğurlar arzulayıram"
-
"Polat Alemdar" oğulları ilə fotolarını yaydı
-
Ər-arvad bir-birinin borcuna görə cavabdehdir?
-
Könül Kərimovanın adı hallanan məhkəmə ilə bağlı yeni xəbər
-
Rus bölməsi bu fənni Azərbaycan dilində öyrənəcək
-
“Neftçi” Alessio Kurçi ilə yollarını ayırdı
-
Sabah bu ərazilərdə leysan olacaq - Proqnoz
-
Serj Sarkisyanın ölkə ərazisindən çıxmasına qadağa qoyulub
-
Sərhəddə nəqliyyat sıxlığı aradan qalxdı
-
Aldadıcı başlığa görə jurnalistlər saxlanıldı - (Foto)





