Siyasət

Budapeştdə erməni təcavüzünə qarşı kütləvi mitinq keçirilib - FOTO

18 İyul 2020 18:08
Baxış: 984

Bu dəqiqələrdə Budapeştin mərkəzində, Qəhrəmanlar Meydanında həmvətənlərimizin kütləvi aksiyası keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Qardaşlıq" Macarıstan-Azərbaycan Cəmiyyəti, Azərbaycan-Macarıstan Gənclər Birliyi (AHYU) və bu yaxınlarda Budapeştdə açılan Azərbaycan Evinin birgə təşəbbüskarlığı ilə Dunay üzərində şəhərin mərkəzi hissəsində keçirilən mitinq azı 200 nəfəri birləşdirib.

Aksiya iştirakçıları "Erməni təcavüzünü dayandırın!", "Qarabağ - Azərbaycandır!", "Ermənistan beynəlxalq hüquqa etinasızlıq göstərir!", "Ali Baş Komandan, biz sizin əsgərlərinizik!" kimi şüarlar səsləndiriblər. Aksiya iştirakçılarının əllərində Azərbaycan, Türkiyə, Macarıstan bayraqları, həmçinin Ermənistanın regionda davranışını pisləyən transparantlar olub.

İştirakçılar arasında müxtəlif, o cümlədən türk, qazax, Bosniya diasporlarının də təmsilçiləri olub.

Mitinq insidentsiz keçib, çaşqın və köməksiz halda kənarda dayanaraq, öz ölkələrinin necə "yuyulub sərilməsini", onun "tarixi xüsusiyyətləri" və "Allah tərəfindən seçilmələri" barədə yalanların necə ifşa edilməsini izləyən ermənilər də hər hansı provokasiya törətməyə cəsarət etməyiblər. Buna baxmayaraq polis sayıq olub, hər hansı provokasiyaya imkan verməyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.